Tambov Qarnizonu Hərbi Məhkəməsi 58-ci Ordunun keçmiş komandanı, general-mayor İvan Popovu mənimsəmə cinayəti ilə bağlı cinayət işi üzrə ümumi rejimli cəzaçəkmə müəssisəsində 5 il müddətinə azadlıqdan məhrum edib.
Tezadlar.az bildirir ki, bu barədə onun vəkili Sergey Buinovski TASS-a məlumat verib.
Bundan başqa, məhkəmə generalı 2 il müddətinə hərbi rütbəsindən və təşkilati-təsərrüfat vəzifələrində işləmək hüququndan məhrum edib və əlavə cəza olaraq ona 800 min rubl məbləğində cərimə kəsib.
“Biz hökmü qanunsuz və əsassız hesab etdiyimiz üçün İvan İvanoviç Popovun barəsində olan təqsirli hökmdən apellyasiya instansiyası məhkəməsində mütləq apellyasiya şikayəti verəcəyik. Bütün məhkəmə prosesi boyu hesab edirik ki, dövlət ittihamçısı heç vaxt onun təqsirini sübuta yetirməyib”, – müdafiəçi bildirib.
E.ŞİRİNOV