Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Göyçay rayonunda müşahidə olunan güclü külək və leysan xarakterli yağış bir sıra fəsadlar törədib.
Tezadlar.az xəbər verir ki, əlverişsiz hava şəraiti nəticəsində Ucar–Göyçay avtomobil yolunun kənarında yerləşən iri gövdəli ağaclar kökündən çıxaraq yolun hərəkət hissəsinə aşıb. Nəticədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinlik yaranıb.
Bundan başqa, güclü külək Yeniarx kəndini işıqsız qoyub. Sakinlərin sözlərinə görə, təbiət hadisəsi nəticəsində bir neçə fərdi yaşayış evinin və yardımçı tikilinin dam örtüyünə ziyan dəyib.
Eyni zamanda bir vətəndaşa məxsus minik avtomobili aşan ağacın altında qalaraq zədələnib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır, dəymiş ziyanın həcmi dəqiqləşdirilir.