Əsas məzmuna keç

Göygöldə öldürülüb dərəyə atılan kişinin kimliyi bilindi- HƏBS EDİLƏN VAR

Göygöldə 40 yaşlı kişini bıçaqlayaraq öldürüb dərəyə atan şəxs saxlanılıb. Tezadlar.az xatırladır ki, rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törətməkdə şübhəli bilinən Göygöl rayon Mollacəlilli kənd sakini 41 yaşlı Rasim Quliyev saxlanılaraq istintaqa təhvil verilib. Hazırda faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, fevral ayının 4-ü Mollacəlilli kənd sakini 1986-ci il təvəllüdlü Saqib Quliyevin meyiti kənd ərazisində tapılmışdı. Qətlin səbəbi şəxsi zəmində olan mübahisə olub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…