Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gecə saat 00:10 radələrində Gürcüstanda ölkə üzrə elektrik enerjisinin verilişi qəza səbəbilə dayandırılıb. Tezadlar.az xəbər verir ki, Gürcüstan Dövlət Elektrik Sisteminin yaydığı məlumata görə, bərpa işləri davam etdirilib və elektrik enerjisinin verilişi istehlakçılara mərhələli şəkildə, qısa müddət ərzində tam bərpa olunub. Bildirilib ki, artıq Mtsxeta-Mtianeti regionunda və Tbilisinin böyük hissəsində elektrik enerjisinin verilişi qismən bərpa edilib. Qurum həmçinin elektrik kəsintisinin səbəbi ilə bağlı yayılan məlumatların bir qisminin dezinformasiya olduğunu qeyd edib və media qurumlarını yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb. Hazırda qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Əlavə məlumat verildikcə ictimaiyyətə açıqlama veriləcək.
Xatırladırıq ki, Azərbaycan hököuməti qonşu ölkəyə dərhal yardım əlini uzadıb və elektrik verilişi təmin edilib. Gürcüstanıxn baş naziri bu təcili köməyə görə Azərbaycana minmətdarlığını çatdırıb.
A.Məmmədli