Əsas məzmuna keç

“HƏR İŞ TEXNİKA İLƏ GÖRÜLSƏ, İŞÇİLƏRİN ÇOXU İXTİSAR OLUNACAQ”…

…Bu mövzuda çox yazılıb. Mən də bir neçə dəfə izah etmişəm. Kommunal sferada hər iş texniki vasitələrdən istifadə olunmaqla həyata keçirilsə, o zaman işçilərin çoxu ixtisar olunacaq.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasınn rəhbəri Sahib Məmmədov sosial şəbəkə hesabında bildirib.

 Onun fikrincə, işçi qüvvəsinin çox olduğu ölkələrdə əmək tutumlu işlərə üstünlük verilməsi normal haldır.

“Texnika kapital tutumludur. Yəni eyni xərcdirsə, daha yaxşısı əl əməyindən istifadədir. Belədə insanlar az da olsa, əmək haqqı alır”, – o deyib.

Sahib Məmmədov bunu “Küçə kənarlarını və səkiləri niyə əllə təmizləyirlər?” sualına cavab olaraq açıqladığını bildirib.

 

Y.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…