Əsas məzmuna keç

HƏRBİ HELİKOPTER QƏZAYA UĞRAYIB, DÖRD NƏFƏR HƏLAK OLUB

Türkiyənin İsparta vilayətində Türkiyəyə məxsus hərbi helikopter qəzaya uğrayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən TRT Haber telekanalı məlumat yayıb.

Məlumata görə, dörd nəfər ölüb.

Helikopter yanacaqdoldurma məntəqəsinin yaxınlığında qəzaya uğrayıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib.

“TRT Haber”in məlumatına görə, helikopter İspartadakı Türk Ordusu Quru Qoşunları Məktəbindən havaya qalxıb. NTV telekanalının məlumatına görə, təyyarədə beş nəfər olub.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…