Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Mabel Matiz kimi tanınan türkiyəli müğənni Fatih Karacanın yeni mahnısı ilə bağlı araşdırma başladılıb.
Tezadlar.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğunun açıqlamasına görə, “Ha Leylim” mahnının sözləri və klipdəki görüntülərin “ədəbsizlik” cinayəti çərçivəsində qiymətləndirildiyi bildirilib. Bununla əlaqədar faktların araşdırılması və zəruri istintaq tədbirlərinin aparılması məqsədilə prokurorluq tərəfindən Mabel Matiz barəsində araşdırma başladılıb.
Qeyd edək ki, Mabel Matiz daha əvvəl “Perperişan” mahnısının sözlərinə görə də eyni ittihamla mühakimə olunub. Məhkəmə 2026-cı ilin mayında cinayətin hüquqi tərkibinin yaranmadığı qənaətinə gələrək müğənniyə bəraət verib.