20 Avqust 2026 / 17:08

Hər gün orta hesabla 3 yol qəzası baş verir – DSK-NIN HESABLAMASINA ƏSASƏN

2026-cı ilin yanvar-iyun aylarında 533 yol-nəqliyyat hadisəsi baş verib. 

Tezadlar.az  xəbər verir ki, bu məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Komitə bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Qəzalarda 285 nəfər ölüb, 404 nəfər isə yaralanıb. Hadisələrin 44,3 faizi gecə, 38,6 faizi gündüz, 17,1 faizi isə toran vaxtı baş verib.

Qəzaların 34,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 83,7 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 9,9 faiz azalaraq 201 nəfər, yaralananların sayı isə 19,7 faiz azalaraq 379 nəfər olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!