Kanalın məlumatına görə, İsrail qoşunları əməliyyatlarını dayandırıb və geri çəkilib
Şiə “Hizbullah” milisləri Livanın şərqindəki Nəbi Şit şəhəri yaxınlığındakı dağlıq əraziyə hücum edən İsrail komandos dəstəsi ilə döyüşüblər.
Tezadlar.az bu barədə LBCI Livan televiziya kanalına istinadən xəbər verir.
Kanalın məlumatına görə, toqquşma zamanı Radvan xüsusi təyinatlı dəstəsi düşmən qüvvələrinin hücumunu dəf etməyi bacarıb.
Nəticədə, pusquya düşən İsrail qoşunları əməliyyatlarını dayandırıb və geri qayıdıblar. Hücumda üç helikopterin iştirak etdiyi bildirilib.
E.ŞİRİNOV







