Əsas məzmuna keç

HOLLANDİYADA BUNA GÖRƏ TÜRKİYƏNIN NATO-DAN ÇIXARILMASINI TƏLƏB EDİBLƏR

Hollandiyada parlament seçkilərində qalib gələn ifrat sağçı Azadlıq Partiyasının (PVV) lideri Geert Vilders Türkiyənin NATO-dan çıxarılmasını istəyib.

Tezadlar.az xəbər verir ki, müvafiq yazı siyasətçinin X sosial şəbəkəsindəki səhifəsində dərc olunub.

“Ərdoğan İsraili işğal etməklə hədələyir”, – deyə siyasətçi bildirib. Vilders əlavə edib ki, “Türkiyənin NATO-dan çıxarılması lazımdır”.

Qeyd edək ki, iyulun 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza zolağında davam edən hərbi əməliyyatı ilə əlaqədar Ankaranın İsrailə qoşun yeridə biləcəyini bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…