Sahibkar Naiq Məmmədhəsənov inanır ki, hakim Cəmilə Musayeva onun pozulmuş hüquqlarının bərpasında öz sözünü deyəcək…
Məlumat üçün deyək ki, sahibkar Naiq Məmmədhəsənovla həyat yoldaşı Fəridə Məmmədhəsənova neçə müddətdir sabiq deputat Əsabil Qasımova məxsus “AZƏRİ-TİKİNTİ ŞİRKƏTİ” MTK-nın adına yaraşmayan ədalətsizliyinə görə məhkəmə çəkişməsindədir. Hansı ki, mübahisə üzrə işə baxan Nəsimi rayon Məhkəməsi ədalətli qərarı ilə Əsabil Qasımovun himayəsində olub «pilot layihə» adı altında Nəsimi rayonunda söküntü və tikinti işləri ilə məşğul olan şirkətin haqsız əməllərini ortaya qoyan qətnamə qəbul edib. Və məhz Əsabil Qasımov bilməlidir ki, vətəndaşların mülkü –daşınmaz əmlakı söküntüyə verilirsə, mövcud qanunvericiliyə və ölkə Prezidentinin tövsiyyəsi ilə tərəflə razılığa gəlinməlidir. Niyə? Çünki Konstitusiyamızda vətəndaşa məxsus mülkiyyətin toxunulmazlığı yazılıb! Bu toxunulmaz mülkiyyət isə fıraldaqçılıq, alıb-aldatma, bir sözlə, haram işin və məqsədin predmeti ola bilməz! Amma və lakin…
Əsabil Qasımovun şirkəti indi aldatdığı vətəndaşı məhkəməyə verir-ABSURD İDDİA!
Beləliklə, “AZƏRİ-TİKİNTİ ŞİRKƏTİ” MTK rəhbərliyi bu dəfə Nəsimi rayon Məhkəməsinin ədalətli və haqlı qətnaməsindən qeyzlənərək cavabdehlər- Məmmədhəsənov Naiq Əli oğluna və Məmmədhəsənova Fəridə Məhəmmədəli qızına qarşı “Müqavilənin ləğv edilməsi, öhdəliyə xitam verilməsi” tələbi ilə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 10.07.2024-cü il tarixli, 2(006)-1781/2024 saylı Qətnaməsindən apellyasiya şikayəti verib. İş Bakı şəhər Apellyasiya Məhkəməsinin hakimi Cəmilə Musayevanın icraatındadır.
(Şəkildə: Əsabil Qasımov)
Mülki əlindən alınmış, aldadılmış Məmmədhəsənov Naiq Əli oğlu və Məmmədhəsənova Fəridə Məhəmmədəli qızı ədalətli qərarına inanaraq hakimə müraciət ünvanlayıblar. Surəti «Təzadlar»a təqdim olunan müraciəti təqdim edirik:
-Bakı Apellyasiya Məhkəməsinin hakimi Cəmilə xanım Musayevaya
Möhtərəm hakim!
Bildirmək istərdik ki, 14.10.2024-cü il tarixdə iddiaçı “AZƏRİ-TİKİNTİ ŞİRKƏTİ” MTK tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.07.2024-cü il tarixli, 2(006)-1781/2024 saylı Qətnaməsindən verilmiş apellyasiya şikayətinə tərəfimizdən etiraz verilmişdir. Həmin inzibati iş üzrə 15.10.2024-cü il tarixdə, saat 10:40-da məhkəmə baxış iclası keçirilmişdir. Hazırda, növbəti məhkəmə baxış iclası 07.11.2024-cü il tarixdə, saat 10:00-a təyin edilmişdir. Apellyasiya şikayətinə etiraz olaraq tərəfimizdən müəyyən sənədlərin təqdim edilməsinə zərurət yaranmışdır. Belə ki, «Kredobank» ASC ilə “Azəraqro” MMC arasında 06.08.2009-cu il tarixində 01SF saylı kredit müqaviləsi ilə 2 (iki) milyon manat kredit ayrılmışdır. Həmin kreditin təminatı “Kredobank“ ASC-nin əmanət hesabında olan 1,6 milyon AZN məbləğində olan 21.08.2009-cu il tarixli pul vəsaitinin girov müqaviləsi olmuşdur. Eyni zamanda, mənim- Məmmədhəsənov Naiq Əli oğlunun mülkiyyətimdə olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 40 nömrəli, 2 mərtəbəli binada yerləşən 7 otaqlı 18, 20 nömrəli mənzil, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 12 nömrəli yaşayış binasında yerləşən 2 otaqlı, 30-cu nömrəli və mülkiyyətçi Məmmədhəsənova Fəridə Məhəmmədəli qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 6 otaqlı 6/7 saylı mənzillər olmusdur (Bu barədə müqavilələr əlavə edilir). Bank heç bir əsas olmadan borc alanı məhkəməyə verərək onun depozitdə olan pul vəsaitini və ipotekada olan mülklərini ələ keçirmək üçün dəfələrlə heç bir hüquqi əsası olmayan iddia ərizələri ilə məhkəmələrə müraciətlər etsə də, iddiaları əsassız olduğuna görə çoxsaylı qanuni və əsaslı məhkəmə aktları çıxarılmışdır. Belə ki, aşağıdakı sənədlərlə tanış olduqda məlum olur ki:
1) 16.12.2014-cü il tarixli, №2-(81)-3065/2014 saylı Qətnamə (əlavə edilir).
2) 10.07.2015-ci il tarixli, №2-“81”-1461/2015 saylı Qətnamə (əlavə edilir). Qətnamədə Sahibkarlığa Kömək Fondu bir neçə sahibkara, o cümlədən də mən- Məmmədhəsənov Naiq Əli oğluna da ayrılmış kreditə ödənilmış məbləğlər bu qətnamə ilə təsdiq edilərək tam hüquqi qüvvəsini almışdır.
3) 08.09.2015-ci il tarixli, №2(006)-25/2015 saylı Qətnamə üzrə banka heç bir borc öhdəliyinin qalmadığı, əmanətdə olan vəsaitdən isə 1.433 838 AZN əmanət hesabında artıq vəsaitin qaldığı göstərilmişdir (Qətnamə əlavə edillir).
4) 10.08.2015-ci il tarixli, AG-224 saylı məhkəmə qərarı ilə keçirilmiş Audit rəyi də bunu təsdiq etmişdir (Audit rəyi əlavə edilir).
5) 08.01.2016-cı il tarixli, №2-(006)-587/2016 saylı Qərardadla qarşı tərəfin vermiş olduğu şikayəti əsassız olduğuna görə rədd edilmişdir (Qərardad əlavə edilir).
6) 02.02.2016-cı il tarixli, № 2( 103)- 1703/2016 saylı Qərardadla «Kredobank» ASC-nin verdiyi şikayət təmin edilməmişdir (Qərardad əlavə edilir).
7) 22 iyul 2016-cı il tarixli, №2-1(81)-3619/2016 saylı Qərarla bankın əməlində saxtakarlıq, vəzifə səlahiyyətini aşma, verilən hesabatları təhrif etdiyinə, «Banklar Haqqında» Azərbaycan Respublikasının Qanunun 16.1.6 , 16.1.9, 16.1.16, 16.1.18 maddələrini kobud surətdə pozulması aşkarlanmış, elə həmin qanunun 59.1-ci maddəsinə müvafiq olaraq cinayət əməli törətdiklərinə görə 22.07.2016-cı ildən bankın lisenziyası alınaraq həmin tarixdən fəaliyyətinə xitam verilmişdir (Qərar əlavə edilir).
8) 24.07.2016-cı ildən Əmanətlərin Sığortalanması Fondu ləğv edilmiş «Kredobank» ASC-nin ləğvedicisi elan edilmişdir.
9) 03 mart 2017- ci il tarixli, № 2-1(81)-232/2017 saylı Qərardadla pul vəsaitinin girov müqaviləsi üzrə Əliyev Elşən Ramiz oğlunun ərizəsi təmin edilərək, buraxılmış prosessual müddət bərpa edilmiş, Əliyev Elşən Ramiz oglunun 1.433.838 manat məbləğində tələbi qeydə alınaraq, Ləğv prosesində olan “Kredobank» ASC-nin kreditorları siyahısına daxil edilməsi ilə bağlı Qərardad çıxarılmışdır. (Qərardad əlavə edilir).
10) 29.11.2016-cı il tarixli, №3755 saylı Məhkəmə ekspertiza mərkəzinin verdiyi Ekspert Rəyi də bunu təsdiq etmişdir (ekspert rəyi əlavə edilir).
11) 15. 03. 2017-ci il tarixli, №2(102)-1764/2017 saylı Ali Məhkəmənin Qərarı ilə Əliyev Elşən Ramiz oğlunun kassasiya şikayəti təmin edilmiş, iş yenidən apellyasiya baxışına qaytarılmışdır (Qərar əlavə edilir).
12) 14.06.2017-ci il tarixli, №2(103)-5705/2017-saylı Qərardadla iş üzrə icraat dayandırılmışdır (Qərardad əlavə edilir).
13) 01.08.2017-ci ildə Ləğv prosesində olan «Kredobank»ın Ləğvedicisi özbaşına, qanunsuz addım ataraq heç bir əsas olmadan Kredit müqaviləsinin ipotekada olan bütün mülklərini Hərracın Yekunları barədə №06\01, № 06/2 saylı protokollarla «LPO Kredobank» ASC-nin adına özəlləşdirilmişdir (Hərracin yekun protokolları əlavə edilir).
14) 16.03.2018-ci il tarixində iddiaçilar Məmmədhəsənov Naiq əli oğlunun və Fəridə Məhəmmədəli qızının İpotekada olan mülklərinin girovluqdan çıxarılması ilə bağlı iddiaları təmin edilərək, №2(006)-1215/2018 saylı Qətnamə çıxarılmışdır (Qətnamə əlavə edilir).
15) 07.06.2018-ci il tarixli, №2(011)-3547/2018 saylı Qətnamə ilə hərracın yekunları üzrə keçirilmiş alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir. (Qətnamə əlavə edilir).
16) 16.10.2018-ci il tarixli, №2(103)-10408/2018 saylı Qətnamə ilə hərracın etibarsızlığı ilə bağlı Xətai rayon Məhkəməsinin Qətnaməsi Bakı Apellyasiya Məhkəməsində qüvvəsində saxlanılmışdır (Qətnamə əlavə edilir).
17) 15.10.2019-cu il tarixli, № 2(102)-2201/2019 saylı Ali Məhkəmənin Qərarı ilə «LPO kredobank» ASC-nin kassasiya şikayəti rədd edilərək hərracın keçirilməsinin etibarsızlığı ilə bağlı Xətai rayon Məhkəməsinin Qətnaməsi qüvvədə saxlanılaraq tam hüquqi qüvvəsini almışdır (Ali Məhkəmənin bu barədə Qərarı əlavə edilir).
18) 21.12.2018-ci il tarixində “Azər-tikinti” MMC ilə mülkiyyətçilər Məmmədhəsənov Naiq Əli oğlu və Məmmədhəsənova Fəridə Məhəmmədəli qızı mülkiyyətlərində olan mülklərini daşınmaz əmlakla bağlı 24 ay müddətində söküntü başa çatdıqdan sonra həmin əmlakları əvəzləşdirmə müqaviləsi bağlayaraq mülkiyyətçilərə təhvil verməyi barədə razılaşma müqaviləsi bağlamışdır.
19) 24.12.2018-ci il tarixində mülkiyyətçilərə “Azər – Tikinti Şirkəti” MMC 24 aylıq kirayə pulunu 72000 AZN verməklə 20.01.2020-ci il tarixinədək 4 mənzilin açarlarını vermək barədə 370 №-li order vermişdir (order əlavə edilir). Lakin “Azər Tikinti Şirkəti” müqavilə öhəliyini icra edə bilməyərək, yəni tikintini 2023-cü ilin sonuna kimi təhvil verə bilmədiyinə görə ondan müqavilənin şərtinə əsasən əlavə icarə haqqının ödənilməsi tələb edilmiş, “Azər-Tikinti Şirkəti” isə mülklərin girovda olmasını bəhanə gətirərək icarə haqqını verməkdən imtina etmişdir. «Azər-Tikinti Şirkəti» MTK-nın bu əməlindən Nəsimi rayon Məhkəməsinə şikayət verilmişdir.
20) 01.06.2022-ci il tarixli, №2(006)-332/2022 saylı Qətnamə ilə mülkiyyətçilər Məmmədhəsənovların 2021-ci ilin oktyabr ayından 2022-ci ilin may ayına kimi olan 24000 AZN məbləğində icarə haqqı cavabdeh «Azər-Tikinti Şirkəti» MTK-dan tutularaq Mülkiyyətçilərə verilməsi barədə qüvvəsini almış qətnamə ilə 10.04.2023-cü il tarixli maddi ziyanın ödənilməsi ilə bağlı İcra vərəqəsi verilərək qətnamə icra edilmişdir (Qətnamə və icra vərəqəsi əlavə edilir)
21) 14.05.2024-cü il tarixində “Azər -Tikinti Şirkəti” MTK mülkiyyətçilərin icarə haqqını 2022-ci ilin iyun ayından 2024-cü ilin mart ayı üçün kirayə haqqını ödəmədiyi üçün də mülkiyyətçilərin ərizələri məhkəmədə təmin edərək cavabdeh “Azər Tikinti Şirkəti” MTK-dan mülkiyyətçilərin xeyrinə 66000 AZN məbləğində kirayə pulunun məcburi qaydada tutularaq verilməsi ilə bağlı hüquqi qüvvəsini almış qətnamə ilə 14.05.2024-cü il tarixli icra vərəqəsi ilə icraya yönəltmişdir (Qətnamə və icra vərəqəsi əlavə edilir).
22) 10.07.2024-cü il tarixində “Azər Tikinti Şirkəti” MTK Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə zidd olaraq yazdığı mülkiyyətçilərin “Müqavilənin ləğv edilməsi, öhdəliyə xitam verilməsi” ilə bağlı ərizəsinə baxaraq iddiaçı “Azər Tikinti Şirkəti” MTK-nın cavabdehlər Məmmədhəsənovlara qarşı “Müqavilənin ləğv edilməsi və öhdəliyə xitam verilməsi” tələbinə dair iddiası №2(006)-178/2024 saylı Qətnamə ilə rədd edilərək, təmin edilməmişdir (Qətnamə əlavə edilir).
23) 14.08.2024-cü il tarixində hər dəfə məhkəmələrdə uduzduqlarını görən “Azər Tikinti Şirkəti” MTK-nın sədri Mətin Əmraslanovun imzası ilə Nəsimi rayon Məhkəməsinin hakimi Həbibə xanım Musayevaya qarşı qeyri-səmimilik nümayiş etdirilərək və məhkəməni aldadaraq məhkəmənin 11.07.2024-cü il tarixli, №2(006)-3149/2024 saylı iş üzrə sorğusuna cavab olaraq bildirmişdir ki, guya mülkiyyətçilər Məmmədhəsənov Naiq Əli oğluna 21.12.2018-ci il tarixli Razılaşma müqaviləsinə əsasən guya 226 m2 sahəsi olan 2 ədəd təmirli mənzil verilməsini və mülkiyyətçi Məmmədhəsənova Fəridə Məhəmmədəli qızına sözügedən razılaşma müqaviləsinə əsasən Azadlıq prospekti, 42 nömrəli evin kompensasiyası olaraq guya 170 m2 olmaqla, təmirli qeyri-yasayiş sahəsi verilmişdir və bu barədə məhkəməyə saxta rəsmi məktub vermişdir (məktub əlavə edilir).
24) 02.09.2024-cü il tarixində Nəsimi rayon Məhkəməsində hakim Mirzəyeva Həbibə Novruz qızının sədrliyi ilə keçirilən məhkəmə iclasında biz mülkiyyətçilər bildirdik ki, “Azər-Tikinti Şirkəti” MTK tərəfindən bizə heç bir mənzil təhvil verilməmişdir. Əgər verilibsə, onun müvafiq sənədləri məhkəməyə təqdim edilsin və s. “Azər-Tikinti Şirkəti” MTK-nın nümayəndəsi isə mənzillərin təhvil verildiyini yenə də yalan söyləyərək, hətta yerində belə baxış keçirilməsini bildirmişdir. Yerli baxış zamanı isə məlum olmuşdur ki, mənzillər təmir edilməmiş, mülkiyyətçilərin adına deyilən həmin mənzillər, əslində, başqa şəxslərə satılmışdır. Yaranmış vəziyyəti görən məhkəmə kollegiyası 02.09.2024-cü il tarixində, e-2(006)-3149/2024 saylı Qərardadla iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin etmişdir (Qərardad əlavə edilir).
24) Onu da qeyd edək ki, AKB 000732 saylı əmanət kitabçasına əsasən Bankın 1.370.000 manat borcu olmuşdur (əmanət kitabçası əlavə edilir). Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 953.1-ci maddəsinə əsasən,əgər tərəflərin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, fiziki şəxslə bank əmanəti müqaviləsinin bağlanması və onun əmanət üzrə hesabına pul vəsaitinin qoyulması bank kitabçası ilə təsdiq olunur. Həmçinin Bank əmanəti müqaviləsində adlı bank kitabçasının və ya adsız bank kitabçasının verilməsi nəzərdə tutula bilər. Bank kitabçasında bankın adı və olduğu yer, əmanət filiala qoyulduqda isə həm də müvafiq filialın adı və olduğu yer, əmanət üzrə hesabın nömrəsi, habelə hesaba köçürülmüş pul vəsaitinin bütün məbləğləri, hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri və bank kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı göstərilməli və bank tərəfindən təsdiq edilməlidir. Əgər ayrı hal sübuta yetirilməyibsə, bank kitabçasında göstərilmiş əmanət haqqında məlumatlar bankla əmanətçi arasında əmanət üzrə hesablaşmalar üçün əsasdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 953.2-ci maddəsinə əsasən Bank əmanətin verilməsini, əmanət üzrə faizlərin ödənilməsini və əmanət üzrə hesabdan pul vəsaitinin digər şəxslərə köçürülməsinə dair əmanətçinin sərəncamlarının icrasını bank kitabçası təqdim olunduqda həyata keçirir. Adlı bank kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə, əmanətçinin ərizəsi üzrə bank ona yeni bank kitabçası verir. İtirilmiş adsız sənədli bank kitabçası üzrə hüquqların bərpası adsız qiymətli kağızlar üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən, Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.2-ci maddəsinə əsasən isə, Əmanətin qoyulduğu hesab üzrə bank ilə əmanətçinin münasibətlərinə bank hesabı müqaviləsi haqqında qaydalar tətbiq olunur, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin müddəalarında ayrı hal nəzərdə tutulmasın və ya bank əmanəti müqaviləsinin mahiyyətindən ayrı hal irəli gəlməsin.
Hörmətli məhkəmə!
Yuxarıda göstərilən qanuni hüquqi sənədləri və 14.10.2024-cü il tarixli apellyasiya şikayətinə etirazımızı qəbul etməyinizi, iddiaçı “Azəri Tikinti Şirkəti” MTK-nın apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.07.2024-cü il tarixli, 2(006)-1781/2024 saylı Qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə Qətnamə qəbul etməyinizi xahiş edirik».
***
Beləliklə, media olaraq yuxarıda qeyd olunan və bizə də təqdim edələn məhkəmə aktlarını və digər bank sənədlərini təhlil edərək bu qənaətə glirik ki, Bakı Apellyasiya Məhkəməsi də sahibkar Məmmədhəsənov Naiq Əli oğlunun və Məmmədhəsənova Fəridə Məhəmmədəli qızının pozulmuş hüquqlarını təmin edən ədalətli qərar qəbul edəcək.
Mövzuya qayıdılacaq və məhkəmə prosesinin gedişini izləyərək tərəfimizdən əlavə məlumat veriləcək.
«Təzadlar»ın Araşdırma Qrupu