Əsas məzmuna keç

“Saat 12-dən sonra Antalyada dövlət bizik!” dedi! Saxlanıldı

Antalyada cinayət məzmunlu sosial media paylaşımı edən şübhəli saxlanılıb.

Tezadlar.az xəbər verir ki, Antalya Baş Prokurorluğu “Saat 12-dən sonra Antalyada dövlət bizik” ifadəsinin yer aldığı sosial media paylaşımı ilə bağlı araşdırma başladıb.

Paylaşımı edən şəxsin 17 yaşlı E.K. olduğu müəyyən edilib.

Antalya Vilayət Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlar Şöbəsinin qrupları şübhəlini nəzarətə götürüb.

Polis bölməsindəki prosedurlardan sonra E.K. “ictimaiyyət arasında nifrət və düşmənçiliyi qızışdırmaq” ittihamı ilə məhkəməyə göndərilib. Daha sonra hakim tərəfindən məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…