Əsas məzmuna keç

ICE BİRJASINDA BRENT MARKALI NEFTIN QİYMƏTİ İLK DƏFƏ BİR BAREL ÜÇÜN 84 DOLLARI ÖTÜB

Londonun ICE birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti noyabrın 7-dən bəri ilk dəfə 84 dollar/bareldən yuxarı qalxıb.

Bakı vaxtı ilə saat 14:33-ə olan birja məlumatlarına əsasən, Brent markalı neftin qiyməti 1,87% artaraq 84,45 dollar/barel təşkil edib.

Bakı vaxtı ilə saat 14:52-də Brent fyuçersləri 84,27 dollara (+1,65%) ticarət edilib. Eyni zamanda, yanvarda WTI markalı neftin fyuçersləri 1,52% artaraq bir barel üçün 79,24 dollar təşkil edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…