Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Kahramanmaraşda “Azərbaycan məhəlləsi”nin açılışı olub. Tezadlar.az xəbər verir ki, mərasimdə açılışın rəmzi lenti kəsilib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.
Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib, “Azərbaycan məhəlləsi”nə həsr edilmiş videoçarx nümayiş etdirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğan tədbirdə çıxış edib.






