...Ermənistan təslimçilik aktını imzalayandan sonra ortaya sərhədlərin delimitasiyası məsələsi çıxdı. Daha doğrusu, Ermənistan nəinki işğal etdiyi Azərbaycan ərazilərini boşaltmağa, həm də vaxtilə ələ keçirdiyi ərazilərdə uydurduğu sərhədlərdən də geri çəkilməyə məcbur oldu... 

Maraqlıdır ki, bu gün Ermənistanda bir neçə rəsmi mənbə eyni vaxtda Moskvadakı danışıqların yekunlarına görə Azərbaycan və Ermənistanın delimitasiya və demarkasiya prosesinə başlamaq barədə razılıq əldə etdiyinə işarə edib. Belə ki, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri Yerevanda keçirilən brifinqdə sərhəd məsələsi ilə bağlı danışıqlar aparılacağını təsdiq edib. “Biz gərginliyin azaldılması və sülhün möhkəmləndirilməsi prosesini dönməyən prosesə çevirməliyik”, deyən Koçaryan məsələnin təfərrüatlarını açıqlamayıb. Onun ardınca Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan da jurnalistlərə sərhədin delimitasiyası və demarkasiyası zərurətindən danışıb. “Düşünürəm ki, müəyyən bir prosesə başlamaq lazımdır”, deyə o, RF XİN-in mətbuat katibi Zaxarovanın Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyasına başlamaq zərurəti haqqında çağırışını şərh edərkən bildirib. 

"Sputnik Armeniya" isə gələcək sazişin bəndləri barədə də məlumat da yayıb. Onların məlumatına görə, gələcək sülh müqaviləsində Qarabağın hər hansı statusu müəyyən edilmir, sərhədlər SSRİ dövrünün xəritələri əsasında müəyyən edilir, Rusiya sülhməramlı missiyasının müddəti uzadılır, Zəngəzur yolu açılır və Azərbaycan nəqliyyatın keçidinə görə ödəniş edəcək. 

Amma hələki Azərbaycan XİN bu və ya digər məsələlərlə bağlı rəsmi açıqlama verməyib. Ola bilsin Ermənistan tərəfi həmişə olduğu kimi, bu məsələdə də ciddi mövqeyə malik deyil. Amma Ermənistan rəsmiləri yaxşı bilir ki, indiki halda Paşinyanın və ölkənin siyasi qüvvələrinin başqa seçim imkanı yoxdur... Azərbaycan isə 1990-cı illərdəki sərhədlərə qayıtmaqda israrlıdır...

A.Məmmədli 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər