booked.netbooked.net booked.net  

  İranlı rep müğənnisi Tumac Salihi həbsdə olarkən Məhsa Əmininin ölümü ilə başlayan nümayişləri təşkil etməkdə ittiham olunaraq yenidən edam cəzasına məhkum edilib.

TEZADLAR.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2022-ci ilin sentyabrında başlayan və təxminən 4 aya yaxın davam edən etirazları təşkil etdiyinə görə edama məhkum edilən, lakin daha sonra Ali Məhkəmə tərəfindən cəzası həbslə əvəzlənən iranlı rep ifaçısı Tumac Salihiyə yenidən ölüm hökmü çıxarılıb.

  İranda çıxan “Shark” qəzetinə müsahibəsində Salehinin vəkili Əmir Rəisiyan İsfahan İnqilab Məhkəməsinin Ali Məhkəmənin qərarını icra etmədiyini bildirib: "İsfahan İnqilab Məhkəməsinin 1-ci Şöbəsi misli görünməmiş bir addım atdı və Ali Məhkəmənin Tumac Salehi haqqında çıxardığı hökmü icra etmədi. Aşağı məhkəmə özbaşınalıq etməklə fitnə-fəsad törədir. Onu ölümə məhkum etdilər, bu, ən ağır cəzadır."

  Xatırladaq ki, rep ifaçısı Tumac Salihi etirazlara qatılaraq Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra başlayan və 4 ay davam edən etirazları dəstəkləyən açıqlamalar vermişdi. Ölüm hökmü ilə mühakimə olunan Salihi nümayişlər zamanı silahlı qüvvələrlə zorakılığa və qarşıdurmaya təşviq etdiyi iddiası ilə əvvəlcə edam cəzasına məhkum edilmiş, daha sonra “hakimiyyətlə effektiv əməkdaşlıq” adı ilə həbs cəzası ilə əvəz olunmuşdu.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN