booked.netbooked.net booked.net  

Hüquq müdafiəçisi Rüfət Səfərli Maştağadakı Narkoloji Dispanserdə saxlanılan gənc yazışı Kəramət Böyükçöllə görüşə bilib... Onun fb statusundakı ürəkparçalayan qeydlərini təqdim edirik: "... Məni, Kəramətin atası Qəşəm müəllimi və anası Tabəs xalanı baş direktor Orxan həkim qəbul etdi. Dispanserə yollanmazdan əvvəl Kəraməti ora aparan səlahiyyət sahibləri ilə danışıldı, israr edildi ki, görüş təmin edilsin. Şükürlər olsun ki, təmin olundu, Orxan həkim Kəraməti kabinetinə gətizdirdi. Sonuncu dəfə belə sarsılmağım “zon”da olmuşdu-nənəmin ölüm xəbərini eşidəndə. Kəraməti çox aciz, ruhsuz, kefsiz və çarəsiz gördüm. Aclıq aksiyasına başlamışdı. Təkid edirdi ki, onu dispanserdən çıxardım. Dərmanlar Kəraməti keyləşdirmişdi. “Rüfət, gedək Barışı görüm, dərhal da qayıdaq”, -deyə insanı yandırıb-yaxan, mənəvi əzab və iztirab verən, ruhən incidən, çox ağır təsir edən xahişlərdə bulundu. İmtina etdim, daha doğrusu, yalan danışdım: “Sabah razılıq verəcəklər, gəlib yanında qalacam”. Çünki qalmalı, mütləq qalmalı, zəruri müalicə kursu keçməlidir, yoxsa, iraq olsun, ölə bilər. İnsafən, oradakı şərait belədir: təmirli, gündə 3 dəfə yemək, başqalarına deyə bilmərəm, amma Kəramətə pulsuz dava-dərman, yüksək qayğı. Eyni zamanda, baş direktor inam ifadə etdi ki, 21 gün ərzində müalicə bitəcək, Kəramətin sağlamlığı üçün əllərindən gələni edəcəklər, çünki məsələ ən yüksək səviyyədə nəzarət altındadır... Kəraməti birtəhər inandıra bildim ki, aclığı dayandırmalıdır. O, söz verdi ki, gedib çörək yeyəcək. Və mən əminəm ki, Kəramət tam sağalacaq, palatasının nömrəsinə uyğun olaraq ortaya şedevr bir əsər qoyacaq. Məsələn, “7-ci palata”!"
Təqdim etdi: A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN