“...Biz hələ səbr edirik, təmkin göstəririk”

Bu sözləri Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində jurnalistin sualını cavablandırarkən bildirib.

“Bu gün mən Ermənistanın baş nazirinə yenə də müraciət edəndə ki, nəhayət, bizə avtomobil yolu üçün marşrutu verin, təəssüflər olsun ki, yenə də cavab ala bilmədim. Bu, hətta gülməli deyil, çünki orada o qədər də böyük hissə yoxdur. Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq - əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbr edirik, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”, - deyə İlham Əliyev vurğulayıb.

Xatırladaq ki, oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Qeyd edək ki, görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik missiyası ilə baş tutub. 

Prezident İlham Əliyevin Azərbaycan TV-nə müsahibəsini təqdim edirik (Yuxarıda bəhs etdiyimiz sualın cavabını videonun 14-cü dəqiqəsindən izləyə bilərsiniz):

Y.MƏMMƏDLİ

Pin It

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Wednesday, 09 November 2022
By Asif MEMMEDOV

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA