“Temirov Live”in hazırkı və keçmiş 11 jurnalistinin işi üzrə materiallar məhkəməyə təqdim edilib. Bu barədə paytaxtın Pervomayski rayon məhkəməsindən məlumat verilib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə 24.kg-nin xəbərində bildirilir.
Portal həmin məlumata istinadən qeyd edir ki, cinayət işi məhkəmənin dəftərxanasına daxil olub və yaxın vaxtlarda AİS sisteminin işlərin avtomatik paylanması vasitəsilə hakimə təhvil veriləcək.
Bundan əvvəl vəkil Nursultan Janıbek “PolitKlinika” nəşrinə bildirib ki, işin istintaqı başa çatıb və materiallar Bişkekin Pervomayski Rayon Məhkəməsinə verilib.
Xatırladaq ki, yanvarın 16-da “Temirov Live”nin ofisində axtarış aparılıb və redaksiya avadanlıqları götürülüb. Polis evlərdə axtarış apararaq nəşrin indiki və keçmiş 11 əməkdaşını saxlayıb.
Qeyd edək ki, saxlanılanlar: Maxabat Tajibek qızı ( “Temirov Live”nin direktoru), Sapar Akunbekov (“Ayt Ayt Dese”), Azamat İşenbekov (“Ayt Ayt Dese”,), Saypidin Sultanəliyev (“Arça Media”), Aktilek Kaparov (“Arça Media”), Tınıstan Asıpbekov (“PolitKlinika”), Maksat Tajibek uulu (“Temirov Live”), Joodar Buzumov (Nur Press), Jumabek Turdaliev (“Temirov Live”nin keçmiş layihə meneceri), Ayke Beyşekeeva (“Temirov Live”də araşdırmaçı jurnalist) və Akıl Orozbekovdur (“Temirov Live”nin operatoru).
QR Daxili İşlər Nazirliyi bildirib ki, “Temirov Live” və “Ayt Ayt Dese” nin sosial şəbəkələrdəki səhifələrindəki məzmunu “Məhkəmə linqvistik ekspertizası”nın nəticələrinə əsasən 2023-cü il dekabrın 30-da Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 278-ci “Kütləvi iğtişaşlara çağırış” maddəsi ilə cinayət işi açılıb.
Saxlanılan 11 jurnalistin hamısının barəsində iki ay - martın 13-dək həbs qətimkan tədbiri seçilib.
Daha sonra məhkəmə həbsdə olan jurnalistlərin bir qismini ev dustaqlığına buraxıb və getməmək barədə yazılı öhdəlik götürüb.
JASMİN