TRAMPIN DÜNYANI ŞOKA SALAN AÇIQLAMASI YAYILDI

TRAMPIN DÜNYANI ŞOKA SALAN AÇIQLAMASI YAYILDI

Tezadlar.az rus dilində yayımlanmış həmin açıqlamanın Azərbaycan versiyasını da təqdim edir...

"QƏRB LİDERLƏRİ TRAMPA QARŞI OLDUQCA ƏDALƏTSİZ İDİLƏR..."

"QƏRB LİDERLƏRİ TRAMPA QARŞI OLDUQCA ƏDALƏTSİZ İDİLƏR..."

"Avropa liderləri arasında ciddi qeyri-müəyyənlik və deyərdim, ciddi narahatlıq var. Səbəbi isə çox sadədir..."

SOSİAL ŞƏBƏKƏ QUMARBAZLIĞI- ÖZLƏRİNİ GÜDAZA VERDİLƏR

SOSİAL ŞƏBƏKƏ QUMARBAZLIĞI- ÖZLƏRİNİ GÜDAZA VERDİLƏR

Azərbaycan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən daha bir mütəşəkki...

AYNA-NIN BAKININ TIXACINI TƏMİZLƏMƏDƏ YENİ METODU: İŞ QRAFİKİ DƏYİŞDİRİLSİN!

AYNA-NIN BAKININ TIXACINI TƏMİZLƏMƏDƏ YENİ METODU: İŞ QRAFİKİ DƏYİŞDİRİLSİN!

..."Təzadlar" müstəqil müşahidələri əsasında Bakının canını boğaza yığan tıxacların baiskarını həmişə birbaşa göstərib...

ƏRDOĞAN: TRAMPIN QƏZZA İLƏ BAĞLI AÇIQLAMALARI DİQQƏTƏ VƏ MÜZAKİRƏYƏ LAYİQ DEYİL

ƏRDOĞAN: TRAMPIN QƏZZA İLƏ BAĞLI AÇIQLAMALARI DİQQƏTƏ VƏ MÜZAKİRƏYƏ LAYİQ DEYİL

ABŞ-ın yeni administrasiyasının Qəzzadakı vəziyyətlə bağlı bəyanatları “tam cəfəngiyatdır” və "havada su vurmaq cəhdidir".

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRİ POSTUNA ANAR ƏLİYEV TƏYİN EDİLDİ

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRİ POSTUNA ANAR ƏLİYEV TƏYİN EDİLDİ

Anar Rəhim oğlu Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin ed...

İRAN ERMƏNİSTANI PROBLEMLƏRDƏN ÇIXIŞ YOLU KİMİ NECƏ GÖRÜR?

İRAN ERMƏNİSTANI PROBLEMLƏRDƏN ÇIXIŞ YOLU KİMİ NECƏ GÖRÜR?

...Regionda gücü zəifləyən İran Ermənistanı geosiyasi problemlərindən çıxış yolu kimi görür....

ZAKARYAN PAŞİNYANIN ABŞ-IN VİTSE-PREZİDENTİ İLƏ GÖRÜŞÜNDƏN YAZDI: “BU, CEYMS VENSİN HƏYATINDA BƏLKƏ DƏ ƏN ƏHƏMİYYƏTSİZİ İDİ”

ZAKARYAN PAŞİNYANIN ABŞ-IN VİTSE-PREZİDENTİ İLƏ GÖRÜŞÜNDƏN YAZDI: “BU, CEYMS VENSİN HƏYATINDA BƏLKƏ ...

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri lazımsız xərclər istisna olmaqla, Ermənistan Respublikası üçün heç bir nəticə daşı...

MEDİA

12-Fev-2025 By Asif Memmedov

"…

"Avropa liderləri arasında ciddi qeyri-müəyyənlik

Detay

Mayın 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tabeliyində olan M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Ə.Vahid adına 1 saylı filialında "Sonuncu əmr" romanının möhtəşəm ictimai müzakirəsi düzənləndi...

Əfsanəvi kəşviyyatçı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun döyüş yolundan bəhs edən bədii əsərin ictimai müzakirəsindən əvvəl filialın direktoru Mətanət xanım Qasımova qonaqları salamladı və sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü yolunda şəhid olan qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycanın Dövlət himni oxundu.

Tədbirə moderatorluq edən filialın direktoru Mətanət Qasımova məlumat üçün qeyd etdi ki, Prezident Fərmanı ilə yaradılmış Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası (Komissiyanın sədri Baş nazir Əli Əsədovdur) təqdim edilən əsərlərin (işlərin) rəsmi siyahısı Nazirlər Kabinetinin rəsmi portalında yayımlanıb. Eləcə də rəsmi media subyektlərində. Sitat: "...Çox şadam ki, Dövlət Mükafatına təqdim edilən əsərlər sırasında Avropa Mətbuat Federasiyasının üzvü, "Təzadlar" qəzetinin təsisçisi və baş redaktoru Asif Mərzilinin əfsanəvi kəşfiyyatçı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun qəhrəmanlıq dolu döyüş yoluna həsr etdiyi "Sonuncu əmr" romanı da var.  Və ikiqat şadam ki, Azərbaycan ordusunun Ermənistan və Qarabağdakı separatçı rejim üzərində qəhrəmanlıq dolu Zəfər qələbəsindən bəhs edən bu əsər həm də bizim kitabxanada oxucularımızın və ziyalılarımızın iştirakı ilə ictimai müzakirəyə çıxarılıb. Əsəri az qala birnəfəsə oxudum və onu da deyim ki, bəhs edilən real hadisələrdən çox təsirlənmişəm... Həm də qürur duymuşam ki, bizim real qəhrəmanlar düşməni necə diz çökdürüblər. Romanda bu məqamlar olduqca peşəkarlıqla, bədii təsvirlərin bütün imkanlarından ustalıqla bəhrələnərək yazılmışdır. Müəllifi, tanınmış qələm ustası, jurnalist Asif Mərzilini gələcəyimizə bir əmanət olan bu tarixi faktlar dolu əsərinə görə təbrik edirəm...".

f-1

Sonra söz romanın müəllifi Asif Mərziliyə verildi. Müəllif kitabın yazılma səbəb və məqamlarından danışdı, ona ünvanlanmış sualları cavablandırdı.

İctimai müzakirələrdə çıxış edən Azərbaycanın Əməkdar müəllimi, filoloq, "Tərəqqi" medallı Nəzakət Əhmədova "Sonuncu əmr" romanının bədii dəyərlərindən və dil sadəliyindən, oxunaqlılığından danışdı: "...Bu əsər tariximizin ən şərəfli səhifələrinin gələcəyə ən etibarlı daşıyıcısıdır... Əsərdə nəinki 44 günlük Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun nümunəvi və örnək olan qəhrəmanlıq dolu döyüş yolu ən güclü bədii təsvir vasitələri ilə qələmə alınıb, həmçinin onun bir kəşfiyyatçı kimi döyüşkənliyi, 30 ildir torpağımızı işğal etmiş düşməndən qisas almaq yanğısı real faktlar əsasında qələmə alınıb...".

Tənqidçi-filoloq, "Carçı" jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva romanın digər məziyyətlərindən, eləcə də gənclərə vətənpərvərlik ruhunun aşılanmasındakı mühüm əhəmiyyətindən danışdı: "...Mən əsəri diqqətlə oxumuşam. Özüm də hərbçi ailəsiyəm və o qədər təsirləndim ki, təkrarən bir də oxumalı oldum... Orda 92-ci ildə ailəlikcə girov düşən Rəşad adlı uşağın acı, amma örnək olası həyatı da təsvir olunur. Ailəsi və qohumları gözünün qarşısında odda yandırılan Rəşad anasının "Sağ qalsan bu murdar ermənilərdən qisasımızı al, oğul!" hayqırtısını yadında saxlayır... Və zaman yetişir, o, hətta onu böyüdən, ali təhsil verən dayısının  qızı ilə evlənmə təklifini ermənilərdən qisas almaqdan sonraya saxlayır. Və o, "Qartal"la kəşfiyyata gedir və qisasını alır... Yazıçı, romanın müəllifi olduqca bir incəliyi burada təqdim edir: Rəşadın düşməndən qisas almaq ləyaqəti də kişiyana, əsl türk kişisinə yaraşan formada olur, bu qisas bir neçə ay sonra Qarabağda baş tutan və Ordumuzun qələbə ilə başa çatdırdığı qisas əməliyyatı ilə nöqtələnir... Bu peşəkar bədii təsvir və təqdimatına görə müəllifi ürəkdən təbrik edirəm...".

f-2

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin I vitse-prezidenti Ruhiyyə Poladova çıxış edərək əsərə yüksək qiymət verdi: "...Mən bu əsəri oxuyanda inanın bir neçə gün özümə gələ bilmədim, əsərdəki hadisələrin təsirindən çıxa bilmirdim. Ona görə ki, bütün hadisələr real idi, uydurma deyildi, düşmənlərimizin tarix boyu bizlərə yaşatdığı və insanlığa yaraşmayan bədnam əməllərinin bədii təsviri idi... Orxan Əkbərovun döyüşdə əsgərlərindən öndə olması isə ayrı bir mövzudur. O, təkcə komandir yox, həm də əsgərlərinin atası, böyük qardaşı kimi öndə durur... Müəllif Asif Mərzilini bu möhtəşəm əsərə görə ürəkdən təbrik edirəm və inanıram, hissimdə də yanılmıram ki, əsər Dövlət Mükafatına layiq görüləcək...".

"Azərbaycan-İraq" İB-nin sədri Tahirə Məmmədova çıxışında əsərin bədii qayəsindən geniş danışdı: "...Əsəri oxuyanda bir anlığa dünyaya göz açdığım Şuşa, Daşaltı... gözümün qarşısına gəldi. Düşmən 30 il at oynatmışdı o yurdlarımızda. Amma Ali Baş Komandan İlham Əliyevin yaratdığı, arxa durduğu müzəffər ordumuz düşmənə kimliyini sübut etdi, Qarabağdan birdəfəlik rədd etdi. Əsərdə bu tarixi və real hadisələr elə təsvir edilib ki, bir-birindən ayırmaq olmur. Yəni, real hadisələr elə ustalıqla, bədii təsvirlərlə verilib ki, bilirsən ki, baş verənlər tamamilə reallıqdır, uydurulmuş hadisələr deyil. Əsərin bədii gücü və oxucunu özünə başlama vasitəsi də buna görə diqqəti çəkəndir... Odur ki, müəllifi, Asif Mərzilini bu bədii uğuruna görə təbrik edirəm, yeni yaradıcılıq uğurları arzulayıram".

f-5

Daha sonra ictimai müzakirələrdə çıxış edən "Təzadlar" qəzetinin baş redaktor müavini, filoloq Elbar Şirinov əsər haqqında fikirlərini səsləndirdi. “Sonuncu əmr”in ərsəyə gəlməsində həmkarı, "Təzadlar" qəzetinin şöbə müdiri, eyni zamanda kitabın korrektoru Yasəmən xanım Məmmədlinin böyük zəhmətini düqqətə çatdırdı. Düşmən üzərində parlaq qələbəmizi əks etdirən “Sonuncu əmr” romanının şərəf tariximizi yazanların adını əbədiləşdirməyə xidmət etməklə bərabər, qəlbimizdə fəxarət, sevinc, hüzn kimi gözəl hisslər doğurduğunu vurğalayan E.Şirinov kitabın gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb etdiyini bildirdi: “Real faktlara söykənən “Sonuncu əmr” romanı bədii təsvir və ifadə vasitələrinin imkanlarından geniş istifadə edilməklə, peşəkar səviyyədə qələmə alınıb. Romanı oxuduqca, orada baş verən hadisələr göz önündə canlanır, oxucu özünün xəbəri olmadan həmin hadisələrin içərisinə daxil olur və əsər boyu müəlliflə birgə, sanki qəhrəmanın taleyini yaşayır. Hesab edirəm ki, “Sonuncu əmr” romanı Azərbaycanın düşmən üzərindəki tarixi qələbəsini əks etdirən, Qarabağın uzun illər işğal altında qalan torpaqlarının tamamilə azad edilməsindən bəhs edən ilk bədii əsər kimi gələcək nəsillərə örnək olacaq bir tarixi dərs və belə demək mümkünsə, ən qiymətli ədəbi mirasdır”.

173 və 150 nömrəli tam orta məktəbin şagirdlərinin hərbi geyimdə vətənpərvərlik şeirləri söyləməsi isə tədbiri daha da ovqatlı və mənalı etdi...

İctimai müzakirələrdən sonra çıxış edən "Sonuncu əmr" romanının müəllifi Asif Mərzili iştirakçılara bir xoş xəbər də çatdırdı: "Yazıçılar adətən əsərlərində müharibə  qəhrəmanlarını kişilərdən seçirlər... Biləsiniz ki, istər 1-ci, istərsə də 2-ci Qarabağ müharibəsində kişilərlə birlikdə döyüşən qadınlarımız da olub. Şəhidlərimiz arasında da qadın döyüşçülər var. Mən artıq ssenariləşdirirəm, növbəti əsərimin qəhrəmanı qadın olacaq...".

İştirakçılardan birinin "Həmin qadın qəhrəman kimdir?", - sualına Asif Mərzili belə cavab verdi: "Açığını deyim, o qəhrəmanı mən seçməmişəm, onun qəhrəmanlıq dolu həyatı məni müəllif olaraq seçib... Kimliyi isə əsər hazır olandan sonra açıqlanacaq...".

Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.

Y.Məmmədli

f-4

 

 

Pin It

CƏMİYYƏT

12-Fev-2025 By Asif Memmedov

TRAMPIN DÜNYANI ŞOKA SALAN AÇIQLAMASI…

Tezadlar.az rus dilində yayı

11-Fev-2025 By Asif Memmedov

SOSİAL ŞƏBƏKƏ QUMARBAZLIĞI- ÖZLƏRİNİ GÜDAZA…

Azərbaycan Daxili İşlər Nazirliyinin Kibercinayətk

07-Fev-2025 By Yasemen Memmedov

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ…

Anar Rəhim oğlu Əliyev Azərbaycan Prezidenti İlham

SİYASƏT

10-Fev-2025 By Elbar Şirinov

ƏRDOĞAN: TRAMPIN QƏZZA İLƏ BAĞLI…

ABŞ-ın yeni administrasiyasının Qəzzadakı vəziyyət

07-Fev-2025 By Asif Memmedov

İRAN ERMƏNİSTANI PROBLEMLƏRDƏN ÇIXIŞ YOLU…

...Regionda gücü zəifləyən İran Ermənistanı geosiy

06-Fev-2025 By Yasemen Memmedov

FRİDRİX MERZ UKRAYNA İLƏ BAĞLI…

Xristian Demokrat İttifaqının (XDİ) Almaniya kansl

06-Fev-2025 By Elbar Şirinov

PREZİDENT MİNİMUM PENSİYANIN ARTIRILMASINI TƏSDİQLƏYİB

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında”

MƏDƏNİYYƏT

12-Fev-2025 By Yasemen Memmedov

"SƏNƏT ADAMLARINA DƏSTƏK OLMAQ LAZIMDIR"-…

"Sənət adamlarına dəstək olmaq lazımdır

12-Fev-2025 By Yasemen Memmedov

RƏMİŞİN HƏYAT YOLDAŞI MÜĞƏNNİNİ YALAN…

Bir neçə gün öncə müğənni Niyam Salami mərhum Xalq

12-Fev-2025 By Yasemen Memmedov

XƏSTƏ İNSANLAR ÜÇÜN TOPLANAN PULU…

Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanm

11-Fev-2025 By Elbar Şirinov

LOLİTA DEPUTATLA MÜBAHİSƏ ETDİKDƏN…

Krasnoyarskda əxlaq və icazə verilən şeylərin sərh

11-Fev-2025 By Yasemen Memmedov

SƏNƏTŞÜNAS ALİM: "BİZİM BAŞQA İSTEDADLI…

“Ümid edirdim ki, yeni adlar görəcəyəm, yeni əsərl

11-Fev-2025 By Asif Memmedov

İSVEÇDƏ YAŞAYAN YAZIÇI KİTABLARINI HƏDİYYƏ…

  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon

KRİMİNAL

12-Fev-2025 By Yasemen Memmedov

POLİS ƏMƏKDAŞLARI NARKOTİK ALVERÇİLƏRİNİ 18…

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfin

12-Fev-2025 By Elbar Şirinov

AĞCABƏDİDƏ 4 QUMBARA, 2 KALAŞNİKOV…

Ağcabədidə 4 qumbara, 2 "Kalaşnikov" avtomatı tapı

11-Fev-2025 By Asif Memmedov

ARVADINI BAKIDA ÖLDÜRƏN GÜRCÜSTANDA ƏLƏ…

Arvadını qətlə yetirib Gürcüstana qaçan şəxs saxla

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

13-Fev-2025 By Asif Memmedov

AZƏRBAYCAN SƏRHƏDİNDƏ TƏXRİBAT NİYYƏTLİ MONİTORİQ

Avropa İttifaqının (Aİ) “missiyası” növbəti dəfə A

12-Fev-2025 By Elbar Şirinov

QOBUSTANDA "YENİYETMƏ VƏ GƏNCLƏRİ RADİKALİZMDƏN…

Fevralın 12-də Qobustan rayonunun Sündü kənd Ş.Şik

12-Fev-2025 By Elbar Şirinov

KÜLLİ MİQDARDA PSİXOTROP MADDƏ VƏ…

Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük post

12-Fev-2025 By Elbar Şirinov

GÜRCÜ MUZDURU UKRAYNA TƏRƏFİNDƏ DÖYÜŞDÜYÜNƏ…

Donetsk Xalq Respublikasında məhkəmə Gürcüstandan

12-Fev-2025 By Elbar Şirinov

HƏMAS NÜMAYƏNDƏ HEYƏTİ MİSİRƏ GƏLİB

Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti Misi

12-Fev-2025 By Elbar Şirinov

AZƏRBAYCANDA VİZASIZ GEDİŞ-GƏLİŞ NECƏ TƏTBİQ…

Bugün Azərbaycan vətəndaşlarının digər xarici ölkə

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

12-Fev-2025 By Elbar Şirinov

TAYVANDA QRİPƏ YOLUXANLARIN SAYI YENİDƏN SON…

Ötən həftə qrip səbəbiylə xəstəxanaya müraciət edə

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

12-Fev-2025 By Elbar Şirinov

SOSİAL…

2025-ci ilin yanvar ayında muzdlu işçi sayının və

TƏHSİL

10-Fev-2025 By Yasemen Memmedov

XARİCD…

 Son günlər xaricdə alınmış diplomların tanınması