booked.netbooked.net booked.net  

Millət vəkili Vüqar İsgəndərov bu gün Milli Məclisdə “Azərsu” ASC-nin ünvanına sərt ittihamlar səsləndirib... Tezadlar.az AzərTAC-a istinadla bildirir ki, deputat deyib: ""Azərsu” ASC-nin sifarişi ilə 2012-ci ildə Şəki şəhərinin su-kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılsa da, işlərin yalnız 66%-i icra olunub. On ildir davam edən bu layihə çərçivəsində Şəkidə 347 km uzunluğunda su şəbəkəsi və 266 km uzunluğunda kanalizasiya şəbəkəsi qurulmalı idi. Şəhərin bütün yolları və küçələri qazıldığından yarğanlar əmələ gəlib, keçilməz vəziyyətə düşüb. Hazırda Şəkidə ümumi uzunluğu 40 km olan yolun, şəhərin giriş-çıxışındakı 4 prospektin təcili təmirinə ehtiyac var. Bunu da yerli büdcə ilə etmək mümkün deyil, ona görə də məsələnin dövlət investisiya layihəsinə salınması üçün əhali adından xahiş edirəm və hökumətə müraciət edəcəyəm. Araşdırmalarımıza görə, Şəkidən daha kiçik rayonlara yolların bərpası ilə bağlı 1-2 dəfə çox pul ayrılıb. Əlimizdə rəqəmlər də var”.
***
Bəli, deputat düz deyir, amma gecikmiş tənqiddir. 2012-ci ildə "Azərsu" ASC-nin rəhbəri Qorxmaz Hüseynov idi. O zaman bunu heç kim demədi. Amma üstündən 10 keçəndən sonra ünvansız tənqid gəlir. Ayrılan pullar necə olub, kim dağıdıb, bu büdcə pullarının taleyini kim bəd gətirib??? Deputat bunları sıralasaydı, daha çox yerinə düşərdi...
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN