Ermənipərəst, ağa qara deyən Fransa Parlamentinin aşağı palatası - Milli Assambleya yekdilliklə “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən qərəzli qətnamə qəbul edib.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, qətnaməyə 256 deputat lehinə, 0 nəfər əleyhinə səs verib. Səsvermədən əvvəl Fransa Milli Assambleyasının müxtəlif fraksiyalarının nümayəndələri qətnamə layihəsini dəstəkləyəcəklərini bəyan ediblər. Qətnamə layihəsinin həmmüəllifləri Fransa prezidenti Emmanuel Makronun “Renessans” partiyasının üzvləri olan deputatlardır.

Qeyd edək ki, Fransa Senatı da Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.

Bu da dünyaya ədalətdən dəm vuran Fransanın mövqeyi... Fransa bir daha erməniliyini ortaya qoydu...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA