booked.netbooked.net booked.net  

Dünən gecə Qusarda istirahət mərkəzində dəhşətli yanğın baş verib, araşdırma aparılır.

Qusar rayon prokurorluğundan "Təzadlar"a verilən məlumata görə, bu gücə-yanvarın 22-si saat 4 radələrində Qusar rayonunda yerləşən "Park Qusar" hoteldə yanğın baş verməsi barədə məlumat daxil olub. Prokurorluq əməkdaşları dərhal hadisə yerinə baxış keçirib, zəruri istintaq hərəkətləri aparılıb. İlkin ehtimala əsasən yanğın istirahət mərkəzində yerləşən kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verib. Aparılmış araşdırma zamanı yanğın nəticəsində 4 nəfər şəxsin - 1969-cu il təvəllüdlü Emin Babayev, 1981-ci təvəllüdlü Zülfiyyə Babayeva, 2005-ci il təvəllüdlü Rauf Babayev (bir ailənin üzvləri) və 1973-cü il təvəllüdlü Rüstəm Dadaşovun ölməsinə əsaslı şübhələr müəyyən edilib. Həmçinin, yanğın zamanı 6 nəfər şəxs - 1952-ci il təvəllüdlü Larisa Repina, 1950-ci il təvəllüdlü Olqa Dadaşova, 1978-ci il təvəllüdlü Natalya Dadaşova, 1980-ci il təvəllüdlü Denis Repin, 2009-cu il təvəllüdlü Emil Dadaşov və 2016-cı il təvəllüdlü Kamilla Dadaşova xəsarət alıb. Xəsarət alanlar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək onlara ilkin tibbi yardım göstərilib. Hazırda onların vəziyyəti sabitdir. Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.

Təbii ki, otel rəhbərliyinin və xidmət personalının səhlənkarlığı, təhlükəsizlik tədbirlərini vaxtında görməməsi buna gətirib çıxarıb. Hansı ki, odun sobaları ilə qızdırılma yerlərində yanğın və tüstüdən boğulma ilə əlaqədar lazımı tədbirlər görülməli idi.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN