booked.netbooked.net booked.net  

İtaliyanın baş naziri Giorgia Meloni bu gün çərşənbə axşamı günorta saatlarında Przemysl dəmir yolu vağzalından yola düşən qatarla Kiyevə gəlib.

Tezadlar.az İtaliyanın  “La Repubblica” portalına istinadla bildirir ki, baş nazir az sonra prezident Zelenski ilə görüşəcək və onunla mətbuat konfransı keçirəcək. Mətbuat konfransından əvvəl isə baş nazir Meloni rus təcavüzünün nəticələrini öz gözləri ilə görmək üçün Buça və İrpenə səfər edib.  Meloni bazar ertəsi Polşaya gəlib və polşalı həmkarı Mateusz Morawiecki və prezident Anjey Duda ilə Də görüşüb.

Rusiya mətbuatı bu səfəri də bölgədəki təhlükəsizliyə təhdid kimi qiymətləndirərək şərh etməkdədir. 

Dünən isə ABŞ prezidenti Co Bayden Ukraynaya səfər edib, Kiyevdə Zelenski ilə görüşüb. Ekspertlər son günlər intensivləşən belə səfərləri Ukraynaya böyük dəstək kimi qiymətləndirirlər.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN