booked.netbooked.net booked.net  

Belarusda diversantlar Rusiyanın A-50 hərbi təyyarəsini məhv ediblər.

Tezadlar.az "Belorusiya yenilikləri"nə istinadla bildirir ki, Maçulişçi aerodromunda (Belarusun Minsk vilayəti) Rusiyanın A-50U hərbi təyyarəsi iki pilotsuz uçan aparatdan istifadə edilərək belarus diversantları tərəfindən hücuma məruz qalıb. “Belaruska Qayunun məlumatına görə, bu gün Belarus partizanlarının Maçulişçidə Rusiya Aerokosmik Qüvvələrinin AWACS A-50U təyyarəsinə hücumu iki pilotsuz uçan aparat vasitəsilə həyata keçirilib. … “Belarus Gayun”da Lukaşenkonun təhlükəsizlik qüvvələrinin pilotsuz uçan aparatların idarəetmə panelləri olan çanta tapması barədə də məlumat var”.

BYPOL-un rəhbəri Aleksandr Azarov “Belsat” nəşrinə verdiyi şərhdə bildirib ki, təxribatı təşkil edən belaruslar xaricə qaçıblar. “Bunlar dronlar idi. Əməliyyatın iştirakçıları Peramoqa planının üzvləri olan belaruslardır, indi onlar ölkədən kənarda təhlükəsizdirlər. Hamısı qaçıb getdi, indi çöldə küləyi axtarsınlar”, -deyə bildirib

Maçulişçi Belarusun Minsk vilayətində rus işğalçıları tərəfindən fəal şəkildə istismar edilən aviabazanın və hərbi aerodromun yerləşdiyi kiçik kənddir. Ruslar öz MiQ-31K qırıcılarını (Kinjal hipersəs raketlərinin daşıyıcıları) burada saxlayırlar, hər havaya qalxma bütün Ukrayna ərazisində hava xəbərdarlığı ilə müşayiət olunur. MiQ-lar tez-tez Rusiyanın A-50U erkən xəbərdarlıq təyyarəsi ilə birlikdə səmaya qaldırılır. Partlayış da orada baş verib.

Hələki Rusiya Hərbi komandanlığı bu partlayışa görə şərh verməyib. Lakin sosial şəbəkələrdə bu hadisəni Rusiya üçün rüsvayçılıq adlandırırlar. Və maraqlıdır ki, Belorusiyadan da bu barədə hansısa mövqe bildirilməyib.

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN