booked.net booked.net  

İslamabad polisi Pakistanın sabiq baş naziri və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının sədri İmran Xana, onun 17 köməkçisinə və onlarla tərəfdarına qarşı terrorçuluq və digər milli qanun pozuntuları ittihamı irəli sürüb.

"TEZADLAR.AZ" xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

İttihamlar bir gün əvvəl İslamabadda Xanın kortejini müşayiət edən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə “Ədalət uğrunda hərəkat” partiyasının tərəfdarları arasında toqquşmadan sonra irəli sürülüb.

Pakistanın keçmiş baş naziri vəzifədə olarkən xarici liderlərdən aldığı bahalı hədiyyələrin satışı ilə bağlı keçirilən məhkəmə iclasında iştirak etmək üçün paytaxtın rayon məhkəməsinə gedirmiş.

Belə ki, toqquşmalarda 50-dən çox polis əməkdaşı yaralanıb, 59 Xan tərəfdarı həbs edilib.

İttihamlar siyahısına terrorçuluq, polis əməkdaşlarına işlərinə mane olmaq, asayiş keşikçilərinə hücum etmək, polis əməkdaşlarına xəsarət yetirmək və onların həyatını təhlükəyə atmaq kimi maddələr var. Bu cinayətlərdə Xandan başqa bir neçə sabiq nazir və Pakistan Milli Assambleyasının (parlamentin aşağı palatası) keçmiş spikeri də ittiham olunur.

report

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA