booked.netbooked.net booked.net  

Bu gün Bakıda yaşadığı evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafa sağ çiyin və sağ bud nahiyəsindən güllə yarası alıb.

Tezadlar.az bildirir ki, hazırda deputata evində təcili tibbi yardım briqadası tərəfindən yardım edilir. Bildirilib ki, deputatın həyatı təhlükəsi yoxdur, vəziyyəti qənaətbəxşdir.  Bu hadisə paytaxtın Sabubçu qəsəbəsində qeydə alınıb. Belə ki, deputat evinin qarşısında silahlı hücuma məruz qalıb. Nəticədə o, sağ çiyin və sağ bud nahiyələrindən güllə yarası alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN