booked.net booked.net  

Dünən axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən

Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.  Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb. Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə  xəbərdarlıq edilməsinə baxmayaraq növbəti dəfə atəşkəsi pozub, məlumatda qeyd edilir.  Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb. Mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür. Ermənistan tərəfinin məlumatına görə, 4 erməni hərbçısı yaralabıb.

*** 

Bəli, dünən Şuşada atəşfəşanlığın səsi nəinki Xankəndidə gizlənmiş separatçıları, eləcə də İrəvandakı terrorçu rəhbərləri bərk əsəbləşdirib. Yəqinki Ermənistanın "böyük bacısı" Makron da bu səsi eşidib, havalanıb... Təbii ki, 30 illik işğala susan kar və korların indi Azərbaycanın qələbə atəşfəşanlığından havalanan vaxtıdır... 

Sonda: görünür, ermənilər Zod qızıl yatağındakı qazıntılardan kənarlaşdırılacaqlarını aydın başa düşür və əldən vermək istəmirlər...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA