booked.net booked.net  

Fazil Salayev 1931-ci ilin sentyabrın 1-də Bakıda, İdris Salayevin ailəsində dünyaya gəlib. Əslən Cənubi Azərbaycandandır. 

Orta məktəbi yaxşı qiymətlərlə bitirən Fazil rəssam olmaq arzusunda imiş. Odur ki, sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır.
Rəsssamlıq məktəbinin sonuncu kursunda aktyorun atası İdris Salayev oğlunu həmyerlisinin qızı Fəridə xanımla nişanlayır. Nişan gününədək gələcək xanımının üzünü görməyən Fazil evlənənədək isə onunla cəmi bir dəfə onunla qarşılaşır. Valideynlərinin dəvəti ilə qız tərəfi teatra gələrkən Fəridəni ilk dəfə orda görən Fazil Salayev gələcək qaynatasının xasiyyəti tünd olduğundan onunla danışa bilməyib.

Rəssamlıq təhsili aldıqdan sonra "Azərnəşr"də tərtibatçı-rəssam kimi işləməyə başlayır, lakin bu sənətin ona görə olmadığını anlayıb aktyorluq həvəsinə düşür. Baxmayaraq ki, atası bunu qətiyyən istəmirmiş.
Bununla belə, Teatr İnstitutunun (indiki ADMİU) aktyorluq fakültəsinə qəbul olunur. Məşhur italyan aktyoru Totoya oxşamaq istəyirmiş. Elə dostlarının bir çoxu da onu Totoya bənzədirmişlər.

Aktyorluqla bərabər Fazil Salayev bir müddət rəsm müəllimi kimi də fəaliyyət göstərib. Hətta Yasamal rayonundakı məktəblərdən birində xalq artisti Afaq Bəşirqızının oxuduğu sinfə də rəsm dərsi keçib.
Həyat yoldaşı Fəridə xanım da aktyor olmasını istəmirmiş: Teatrda tamaşalarda oynayırdı, tək-tük halda gedib baxırdım. Pianino çalmağı, oxumağı aləmi idi. Hədsiz istedadlıydı. O açıq-saçıq, əhlikefiydi, Bakının yarısı da dostları. Mənsə ciddi, qısqanc...Nə təhər deyərlər çox fərqimiz vardı".

 Fazil Salayev kinoda ilk rolunu 32 yaşında oynasa da, məhz kinoaktyor kimi məşhurlaşır. Rejissor Həsən Seyidbəyli onu "Möcüzələr adası" filmində epizodik rola dəvət edir. Cəmi bir il sonra isə qəhrəmanımız rejissor Ağarza Quliyevin ekranlaşdırdığı "Ulduz" filmində müxbir rolunu oynayır. Ardınca "Alma almaya bənzər" filmində Mehdi,"Bizim Cəbiş müəllim" filmində Mıqqı, "Bir cənub şəhərində" Fazil, "Dərviş Parisi partladır" filmində Qulaməli kimi yaddaqalan obrazlar yaradır. "Azdrama"dan küsüb getdiyi illərdə isə "Mozalan" satirik kinojurnalında müxtəlif tipajlar yaratmağa nail olur.1969-cu ildə Şamil Mahmudbəyovun çəkdiyi "Şərikli çörək" filmindəki Qırçı Məhəmməd obrazı isə qəhrəmanımızın istedadını başqa tərəfdən üzə çıxarır. Bu psixoloji rolla sübut edir ki, onun üçün heç bir amplua məhdudiyyəti yoxdur. Bu rol Azərbaycan kinosunda sükutla "danışmağın" bənzərsiz nümunəsidir. Bir vaxtlar televiziya ekranlarında gedən "Komediyalar aləminə səyahət" verilişində tez-tez səhnəciklərdə çıxış etmişdir.

Mərhum xalq artisti Yaşar Nuri: " Nadir hallarda olur ki, aktyorun adını bilmirsən, amma oynadığı obrazlarla tanıyırsan. İndiyə qədər də onun adını bilmirlər, amma obrazlarını tanıyırlar, o, "filan roldakı aktyor" kimi yaddaşlarda qalıb. Heç bir fəxri adı olmayan Salayevin fəxri adı "filan aktyor" idi. "Muskomediya"da bir tamaşada montyoru oynayırdı. Guya çayniki düzəldəndə tok vurur bunu, ölür. Zal onun "ölməyinə" iki dəqiqə əl çalırdı. Fazil hərtərəfli istedad idi, amma bəxt, tale, alın yazısı... Onu "Şərikli çörək" filmində çörək yediyi epizod xəlvət çəkilib. Mahmudbəyov operatoru çağırıb ki, bu kadrı xəlvət çək. Amma yenə də şans... O filmə görə hamı dövlət mükafatı aldı, Fazil almadı".

Fazil “Molla Cəbi” tamaşasında Əliağa Ağayevlə tərəf müqabil olub. Əliağa Ağayev deyirmiş ki, "Fazil orada elə xırdalıqlar edirdi ki, mən özümü itirmişdim. Onun ifasına valeh olmuşdum, öz rolum yadımdan çıxmışdı”.

İçkiyə görə işdən qovuldu, həftələrlə dilinə çörək vurmadı, qızının ad  günündə öldü – “Qırçı Məhəmməd”in film kimi həyatı

İstedadlı aktyor Fazil Salayev qısa ömür yaşasa da,oynadığı rolları,gözəl mimikası və yumor hissi ilə xalqımızın yaddaşında əbədi qaldı.İllər keçsə də,onun yaratdığı rollara və filmlərə maraq itməyib,sevilə-sevilə baxılır.Çox acı təsadüf oldu ki, sənətkar 1976-ci il iyunun 20-də 44 yaşında kiçik qızı Ofeliyanın doğum günündə həyata "əlvida” dedi.

Kinomuzun "Qırçı Məhəmməd"i... – Fazil Salayev haqqında bir-birindən  MARAQLI FAKTLAR və FOTOLAR » Azmarka.az

Sirdaş - Fazil Salayev 19 11 2016 - YouTube

BAKU ART

Məşədi İbad"ı heyran qoyan istedad, Azərbaycanın içki düşkünü olan ən  məşhur "müxbiri" - FOTO

Hafizələrdə iz salan kiçik rollar ifaçısı

Fazil Salayevin 85 illik yubileyidir | Report.az

Kədərlə sevinci hörgüləyən – Fazil Salayev – FOTOLAR

Yaddan çıxmış sənətkarlar: Səhnəmizin fəxri ad almayan əhli-kef məşhuru...  -FOTOLAR

Məşədi İbad”ı heyran qoyan istedad, Azərbaycanın içki düşkünü olan ən  məşhur “müxbiri” – FOTOLAR |

1 sentyabr 1931-ci ildə... - Naxcivan Dovlet Film Fondu | Facebook

Fazil Salayevin 85 illik yubileyidir | Report.az

Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA