booked.netbooked.net booked.net  

…Fransanın ermənipərəstliyini bilirdik, amma erməni mahiyyətli olmasını bu qədər bilməzdik.

Və bu ölkənin siyasi rəhbərliyinin özünü erməni kimi aparması isə artıq heç kimə sirr deyil. Makron isə nə olduğu kimi görünür, nə də göründüyü kimi olur. Bu isə bədbəxtçiliyin sindromudur.

***

 Gəlirəm mətləbə: Fransanın france24 telekanalının çoxprofilli france24.com portalı ötən gün «Fransa Azərbaycanın qarayaxma kampaniyasının hədəfinə necə çevrildi?» başlıqlı məqalə yayımlayıb. Sebastian SEIBT-in müəllifi olduğu məqalənin ilk cümləsindən hiss olunur ki, Makronun ətrafı var gücü ilə özünü erməni kimi aparır. Müəllif Azərbaycanda fevralın 7-də keçirilmiş prezident seçkilərində fransalı müşahidəçilərin iştirak etməməsini, Fransa müstəmləkəçilik ənənəsinin Azərbaycanda pisləndiyini və 2024-cü il Paris Olimpiadasını pisləyən kampaniyanın aparılmasını və s. ürək yanğısı, amma erməni sevgisi ilə təqdim edir. Bircə bu sətirlərdə müəllifin sel kimi axan göz yaşları görünmür, amma hiss olunur. «Bunlar Azərbaycan diplomatiyasının Fransaya qarşı qəbul etdiyi yeni hücum strategiyasının aspektidir», -deyən Sebastian SEIBT daha sonra yana-yana bu ilin fevralın 7-də Azərbaycanda keçirilmiş prezident seçkilərində İlham Əliyevin 92% səslə qələbə qazanmasını «ürək ağrısı, qarın sancısı» ilə dilə gətirir. O, bu qələbəni guya «təəccüblü və rəqibsiz qələbə», «beşinci dəfə prezidentlik müddətinin qazanılması», guya bunun «Fransa-Azərbaycan münasibətlərinin pisləşməsinin son nümunəsi üçün yeni mərhələ» olaraq hazırlanması və s. kimi qələmə verir. Bu bədbəxt müəllif anlamır ki, Fransa ilə münasibəti Azərbaycan deyil, Fransa prezidentinin və Paris merinin ermənipərəst mövqeyi və özlərini erməni libasında aparmaları pozmaqdadır.

 Nəhayət, erməni barmağı ilə yazılıb ermənidilli kompüterdə ərsəyə gətirilmiş məqaləsində müəllifin qarnın ağrısının hardan qaynaqlandığı bəlli olur. Sitat: «…Təəssüf ki, ən azı on ildə ilk dəfə olaraq səsverməni izləyən beynəlxalq müşahidəçilər komandasında Fransa tərəfindən seçilmiş nümayəndələr və ya müstəqil müşahidəçilər yox idi…».

 Amma müəllif bir məsələni dəqiq yazır: «Müşahidəçilər qrupunda Fransanın olmaması Fransa ilə Azərbaycan arasındakı fikir ayrılığının nəticəsidir».

Bəli, Azərbaycan torpaqlarını işğal edərək 30 il ərzində əsarətdə saxlayan Ermənistandır! Amma  özünü Azərbaycanın daxilində-ərazisində qoçu kimi aparan Ermənistana «dur!» demək əvəzinə, ATƏT-in Minsk Qrupunda həmsədrlərdən biri olub yalnız işğala bəraət qazandıran mövqe sərgiləmiş Fransa hakimiyyətinin günahı üzündən bu münasibət pisləşib.

 Müəllifin diqqətinə bir məsələni çatdırırıq: Makronun Fransası necə oldu ki, azərbaycanlı döyüşçü Əhmədiyyə Cəbrayılovun 2-ci Dünya müharibəsində Fransanın azadlığı uğrunda apardığı müharibə və mübarizəni belə tez unutdu? Hansı ki, o, faşist Almaniyasının əsirliyindən qaçaraq "Armed Mişel", "Ryus Armed", "Xarqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdi və sonralar Fransanın ən yüksək mükafatları və orden-medalları ilə təltif olunmuşdu. Almanlar onun başına 10 min alman markası mükafat da təyin etmişdi. Lakin igid döyüşçü Fransanı öz vətəni kimi düşmənlərdən müdafiə etmişdi. Əhmədiyyə Cəbrayılov bu xidmətlərinə görə də Fransanın "Hərbi Xaç", "Könüllü xidmətə görə Xaç", "Fransanın Hərbi Medalı", hətta bu ölkənin ən yüksək "Fəxri Legion Ordeni" ilə təltif edilmişdi.

Əhmədiyyə Cəbrayılovun xidmətləri burnunuzdan gəlsin!

***

 Dəsti-xəttindən çirkin erməni iyi gələn müəllifi, sən demə, əsas narahat edən İlham Əliyevin yenidən, özü də daha 7 illiyinə prezident seçilməsidir. Bunu istəməyən isə bir ermənilərin Qarabağdakı işğalçılığına birdəfəlik son qoymuş İlham Əliyevin tarixi qələbəsi qarşısında diz çökmüş Ermənistandır, bir də Ermənistanın eyni niyyətlisi olan Fransadır. Dünya isə İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində Sovetdən qalma «Kukruznik» təyyarələrindən necə peşəkarlıqla istifadə etməsindən, erməni təcavüzkarların başına od ələməyindən, «F-16» formasında düzəldilmiş həmin «Kukruznik»lərin sayəsində Paşinyanın «S-300» raket komplekslərinin yerini müəyyənləşdirərək necə darmadağın etməsindən… yazır. Və artıq dillər əzbəri olan «Nooldu, Paşinyan!» deyənlər az qalıb ki, «Nooldu, Makron?» deyə nəğmə bəstələsin…

***

 Müəllifin diqqətinə: 2020-ci ildə 44 günlük Vətən müharibəmizin qələbə ilə bitməsindən az sonra Avstraliyalı jurnalist Liam Garman-ın müəllifi olduğu «Avstraliyalılar Ermənistan və Azərbaycanın müharibə dərslərindən nə öyrənə bilər?» başlıqlı məqalədə (www.defenceconnect.com.au portalı) («Təzadlar»ın həmin tarixdəki sayında nəşr olunub) yazılırdı: «…Müharibənin təbiəti dinamikdir. Fərqli ərazilərin, düşmənlərin, vəziyyətlərin, ideologiyaların və texnologiyaların yaratdığı çətinlikləri dəf etmək üçün özünü sonsuzca yeniləyir. Gəlin bu əsas sahələrdən yalnız birinə diqqət edək: texnoloji dəyişiklik. Sadə dillə desək, 21-ci əsrdə texnoloji dəyişikliklərin sürəti onlarla yeni döyüş hədəfləri  yaratdı ki, onların çoxu adi döyüş qüvvələri tərəfindən aşılmazdır. Kiber və informasiya sferalarını nəzərə almasaq, texnologiyanın havadan daha çox əhəmiyyət kəsb etdiyinə dair bir neçə nümunə var. Hal-hazırda, hava döyüşləri  kamikadze PUA vasitələri də daxil olmaqla, pilotlu və pilotsuz uçuş aparatlarının simbiozu səbəbindən ömür boyu bir dəfə olan strateji və texnoloji transformasiyanın astanasındadır. Konvensional mənada, bu, Ermənistanın adi döyüşən qüvvələrinin texnoloji cəhətdən üstün olan döyüşkən Azərbaycanlıların meydan oxuduğu və əhəmiyyətli dərəcədə düşməni küncə sıxışdırdığı - son Azərbaycan-Ermənistan münaqişəsi zamanı mübahisəsiz olaraq ilk dəfə müşahidə edildi. Həqiqətən də, Ermənistanın bahalı adi silahları bu döyüşlərdə rəqabət apara bilmədi və beləliklə, daha ucuz və dəyişdirilə bilən Azərbaycan PUA-ları (OXU: yuxarıda bəhs edilən və Sovet dövründəki “kukruznik” adlandırılan «AN-2» təyarələrinin «F-16»ya maketlənməsini nəzərdə tutur.Red.) tərəfindən məğlub edildi. Dərs sadədir: adi ordunun nə qədər güclü olmasından asılı olmayaraq, texnoloji dəyişikliklərin sürəti birliklərin, texnikanın və strategiyaların artan sürətlə əvəzlənməsini təmin edir və müasir ordular üçün resurslar portfelini şaxələndirmək vacibdir. Beləliklə, Avstraliya Azərbaycanın bu müharibə nümunəsindən necə öyrənə bilər?».

avst-5

XATIRLATMA: «Defence Connect» (www.defenceconnect.com.au) Avstraliyanın müdafiə və milli təhlükəsizlik sektorlarının əlaqəsini artırmağa yönəlmiş media və bazar kəşfiyyatı platformasıdır.

 Bu isə yuxarıdakı məqalənin orijinalıdır:

https://www.defenceconnect.com.au/joint-capabilites/7826-from-armenia-and-azerbaijan-what-can-australian-learn

"From Armenia and Azerbaijan, what can Australian learn?

JOINT-CAPABILITIES

Vy: Liam Garman

The nature of warfare is dynamic. It endlessly renews itself to overcome the challenges presented by different terrains, enemies, situations, ideologies and technologies. Let’s focus on just one of these key areas: technological change. Put simply, the rate of technological change in the 21st century has created dozens of new axes of warfare, many of which are insurmountable by conventional fighting forces. Barring the cyber and information spheres, there few examples of where technology counts more than in the air. Nowadays, air-fighting is on the brink of a once in a lifetime strategic and technological transformation due to the symbiosis of manned and unmanned aerial vehicles, including suicide craft. In a conventional sense, this was arguably observed for the first time during the recent Azerbaijan-Armenia conflict, in which Armenia’s conventional fighting forces were challenged – and considerably overwhelmed – by the technologically superior Azeris. Indeed, Armenia’s expensive conventional weaponry was simply unable to compete on a different military axis, and was thus beaten by cheaper and more replaceable Azeri UAVs. The lesson is simple: no matter how robust one’s conventional army may be, the rate of technological change ensures that units, hardware and strategies are being superseded at an increasing rate – and that it is imperative for modern militaries to diversify their portfolio of resources. So how can Australia learn from this case study? Firstly, let’s compare the ADF to the military of one of our closest neighbours to provide some perspective. While Australia counts some 80,000 active and reserve defence force personnel, Indonesia (for the sake of comparison) has 400,000 active military personnel bolstered by 400,000 reservists. Meanwhile, Australia’s arsenal of 59 tanks pale in the face of Indonesia’s 300-500 (numbers vary due to source). Unfortunately for Australia, we are not only numerically disadvantaged, but also technologically. Indonesia acquired their first armed UAVs in 2019, and President Joko Widodo has already expressed his desire to expedite the domestic production of long-range military drones to 2022. While our wheels are in motion, we lag behind our competitors. The rate of technological and strategic change affords smaller countries like Australia with a unique opportunity. Indeed, where Australia is unable to compete in population – we are able to firmly grasp onto the idiosyncrasies of modern war – and oppose our adversaries on axes which they are not able to win on».

 ***

…Sebastian SEIBT-in bu şantaj yazısında tutarlı arqument tapa bilməyərək bir nankorumuzun çıxışından bəhrələnib nümunə gətirməsi diqqətimizi çəkdi. O, yazır: «Müstəqil Azərbaycan tədqiqat mərkəzi olan Bakı Elmi-Tədqiqat İnstitutunun politoloqu Altay Göyüşov deyib: “Biz ilk dəfədir ki, Avropa ölkəsinə, Qərb ölkəsinə qarşı bu cür münasibəti görürük. Bu, tamamilə yeni bir hadisədir, bir Fransa vətəndaşının casusluq ittihamı ilə həbs edilməsi, indiyə qədər belə bir hal olmayıb”, - deyə o qeyd edib və əlavə edib ki, Azərbaycan hakimiyyəti keçmişdə daha çox daxili müxalifətə və mediaya qarşı “bu cür taktikalardan” istifadə edib».

 Təsəvvür edin, İlham Əliyevin timsalında Azərbaycan ordusunun işğalçı Ermənistanı zəlil və əlil günə salmasını, diz çökdürməsini həzm edə bilməyən Fransa siyasiləri nankor Altay Göyüşovun sözünü maddi sübut kimi nümunə çəkir.

 Elə, söz də vaxtına çəkər, müəllifi sonda yana-yana yazır ki, «…Vaxtilə Fransa Bakının siyasi elitası üçün xüsusi yer tuturdu. Fransa ABŞ və Rusiyanın da daxil olduğu ATƏT-in Minsk qrupunun üzvü idi.  2000-ci illərin əvvəllərindən Paris Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ ərazi mübahisəsinin diplomatik yolla həllini tapmağa çalışmaq üçün Minsk Qrupu çərçivəsində əsas rol oynamağa cəhd edib. Buna görə də Fransa Bakı üçün  Avropanın mühüm dost dövləti hesab olunurdu, amma…».

 Nə «amma»?! Burda yalnız Makronun hamıya bəlli bir «əmma»sı var. Onu isə müəllif özü dilə gətirməyə məcbur olub. Sitat: «…2020-ci ilin sentyabrında Azərbaycanın Qarabağdakı mübahisəli (?) ərazinin üçdə birini ermənilərdən geri alması ilə nəticələnən Dağlıq Qarabağ müharibəsi Fransa ilə ikitərəfli fasilənin başlanğıcı oldu. İki il sonra Fransa prezidenti Emmanuel Makron «France 2» telekanalına müsahibəsində bəyan etdi ki, «Fransa erməniləri heç vaxt tək qoymayacaq!».

 Müəllif bu yazısında bu cür mənasız və əsassız, bəsit arqumentləri təqdim edir, amma adi məktəbli də başa düşür ki, söhbət heç də Fransanın dövləti maraqlarının müdafiəsindən deyil, aşkar şəkildə işğalçı Ermənistanın siyasi maraqlarının qorunmasından gedir.

 Elə vaxt da gedir… Odur ki, erməniməsləkli müəllifin bu mənasız və çərənçi məqaləsinə də qızıl kimi vaxtımızı itirməyək… Necə deyərlər, o Makron, o da Ermənistan!

Asif MƏRZİLİ,

Avropa Mətbuat Federasiyasının üzvü

P.S.Yazı ingilis və fransız dillərinə tərcümə edilərək müəllifə və france24.com telekanalının rəhbərliyinə  göndəriləcək. 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN