booked.net booked.net  

Bu gün Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (DAMM) Baş Ofisində (Mərkəzin prezidenti Xalq yazıçısı Çingiz Abdullayevdir) Asif  Mərzilinin Dövlət mükafatına təqdim olunmuş, Vətən Müharibəsi Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik- leytenant Orxan Əkbərovun döyüş yolundan bəhs edən "Sonuncu əmr" romanının ictimai müzakirəsi baş tutdu.

Tədbiri giriş sözü ilə DAMM-ın vitse-prezidenti Ruhiyyə Poladova açaraq əsər haqqında iştirakçı ziyalılara məlumat verdi.

Sonra 1-ci Qarabağ Müharibəsi veteranı Elçin Məmmədli, N saylı Korpus komandanının sabiq müavini Aidə Şirinova, "İrak-Azərbaycan" Mədəni Əlaqələr Cəmiyyətinin sədri Tahirə Məmmədova, tanınmış tərcüməçi Giya Paçxataşvili və başqaları çıxış edərək əsər haqqında ətraflı danışdılar.

Sonra romanın müəllifi, Avropa Mətbuat Federasiyasının və Türkiyə Qəzetçilər Assosiasiyasının üzvü Asif Mərzili əsərin yazılması, real faktların toplanması, əsərin qəhrəmanının keçdiyi döyüş yolu və s. barədə ətraflı məlumat verdi.

Daha geniş yazı və videoreportaj əlavə təqdim ediləcək.

Elbar ŞİRİNOV

https://www.youtube.com/watch?v=4-ya15-xBnQ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA