Kiberdələduzluq və bank kartlarında oğurluq hallarının qarşısının alınması məqsədi ilə Şirvanda əhali arasında maarifləndirmə işi gücləndirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları sakinlərlə bu mövzuda profilaktiki söhbətlər aparılıb və zəruri məlumatlar verilib.
Vətəndaşlara izah olunub ki, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, kiberdələduzların qurbanı olmamaq üçün tanımadıqları şəxslərdən gələn mesaj və bildirişlər açılmamalıdırlar.
Sakinlərlə profilaktik söhbətlər zamanı internet resursları üzərindən dələduzluq və oğurluq əməlləri törədən şəxslərin ən çox istifadə etdikləri üsullar barədə onlar məlumatlandırılıblar.
Qeyd edək ki, Şirvanda əhali arasında kibermaarifləndirmə istiqamətində tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
R.XUDATQIZI