ABŞ Senatındakı Demokratlar Partiyasının lideri Çak Şumer deyib ki, Amerika kəşfiyyatının məlumatına görə, göyərtəsində İran prezidenti İbrahim Rəisinin olduğu helikopter bədbəxt hadisə nəticəsində qəzaya uğrayıb.

Tezadlar.az xəbər verir ki, onun sözlərini “NBC News” sitat gətirir.

“Helikopterin qəzaya uğradığı İranın şimal-qərbində çox pis, dumanlı hava idi. Deməli, bu, bədbəxt hadisə kimi görünür, lakin iş hələ də tam araşdırılır”, - Şumer bildirib.

O, ABŞ kəşfiyyatının “faul oyun”a dair heç bir sübut olmadığını söylədi. Siyasətçi vurğulayıb ki, Vaşinqton vəziyyətin inkişafını izləməyə davam edəcək.

Qeyd edək ki, mayın 19-da İran prezidentini daşıyan helikopter sərt eniş edib. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və rəsmiləri daşıyaraq təyinat yerinə çatıb. Ölkənin bütün güc strukturları prezidentin axtarışı ilə məşğul idi.

Tehran sonradan təsdiqləyib ki, Rəisini daşıyan helikopterdə olanlardan heç biri qəzadan sağ çıxmayıb. Ümumilikdə helikopterin göyərtəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbriz məscidinin imamı Seyid Məhəmməd-Əli əl-Haşim və Şərqi Azərbaycan vilayətinin qubernatoru Malik Rəhməti də daxil olmaqla 8 nəfər olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN