Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə media nümayəndələri üçün 15 və 17 may 2024-cü il tarixlərində keçilən “Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təlim proqramı başa çatıb.

TEZADLAR.AZ Agentliyə istinadən xəbər verir ki, təlimin keçilməsində əsas məqsəd media nümayəndələrini peşə etikası qaydalarını tənzimləyən, onların xəbərlərinin qərəzsiz və obyektiv olmasını təmin edən prinsiplər və təlimatlar üzrə maarifləndirmək olub. Bundan əlavə, təlim zamanı iştirakçılara hüquqi standartlar, mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər, redaksiya və jurnalistlərin maraq toqquşması, jurnalist nüfuzunun qorunması, onun etik məsuliyyəti və öhdəlikləri haqqında məlumat verilib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini, əməkdar jurnalist Natiq Məmmədli “Media subyektlərinin redaksiya siyasəti”, “Jurnalistlərin peşə davranış qaydaları və sosial şəbəkələrdə fəaliyyət” adlı sessiyalarda çıxış edərək media nümayəndələri ilə sözügedən mövzularda geniş fikir mübadiləsi aparıb. Təlim zamanı “Rəqəmsal mühitdə media brendinin qorunmasında yol verilən pozuntular” və “Sosial şəbəkələrdə jurnalist nüfuzunun qorunması problemləri” mövzusunda vörkşop da təşkil olunub.

Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.

m

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN