booked.netbooked.net booked.net  

"Rusiya işğalçıları bu dəqiqələrdə Kramatorskdakı dəmiryol stansiyasını “İsgəndər” ballistik raketləri ilə vurub, azı 30 nəfər ölüb, 100-dən çox insan yaralanıb..."

Tezadlar.az Ukrayna KİV-lərinə istinadla bildirir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavlo Kirilenko Telegram-da yazıb, video və fotolar paylaşıb. Sitat: “Rus faşistləri “İskəndər” kaseti ilə Kramatorsk vağzalını vurdular. Hadisə yerində olan polis və xilasedicilər onlarla ölü və yaralı olduğunu bildirir”.  Kirilenkonun sözlərinə görə, raket hücumu zamanı minlərlə insan stansiyada olub, çünki Donbass sakinləri Ukraynanın daha təhlükəsiz bölgələrinə təxliyə edilir. Regional VA-nın rəhbəri vurğulayıb ki, rus işğalçıları “haranı hədəf aldıqlarını və nə istədiklərini yaxşı bilirdilər: onlar panika və qorxu yaratmaq, mümkün qədər çox mülki vətəndaşı girov götürmək istəyirlər”.

SİTAT: "Российские оккупанты атаковали баллистическими ракетами "Искандер" железнодорожный вокзал в Краматорске, в результате чего минимум 30 человек погибли и более 100 получили ранения. Источник: начальник Донецкой областной военной администрации Павел Кириленко в Telegram, Укрзализныця в Telegram. "Кассетным Искандером – по железнодорожному вокзалу Краматорска ударили российские фашисты. Полиция и спасатели, работающие на месте, сообщают о десятках погибших и раненых людей"".

Video və fotolarda qan donduran mənzərə əks olunub. Günahsız mülki şəxsləri qətliam etmək həqiqətən də dəhşətdir. Döyüş meydanında uduzan rus hərbçiləri indi də bu üsula əl atıblar...

A.Məmmədli

https://twitter.com/i/status/1512347341453463553

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN