booked.netbooked.net booked.net  

Seysmoloqlar bu gün saat 13:59-da (Moskva vaxtı ilə 05:59) Sakit okeanda Kuril adaları yaxınlığında (Saxalin regionu) 4,0 bal gücündə zəlzələ qeydə alıblar. Yerli sakinlər yeraltı təkanları hiss ediblər.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin bölməsi məlumat yayıb.

"Zəlzələnin episentri Malokurilskoye kəndindən 34 km cənubda (Şikotan adası – RED.) 47 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Kunaşir və Şikotan adalarında hiss olunub", - məlumatda bildirilib.

Seysmoloqların məlumatına görə, yeraltı təkanların gücü iki bala qədər olub. Sunami təhlükəsi elan olunmayıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN