booked.netbooked.net booked.net  

Amerikanın CNN telekanalı rus maşınlarının küçələrdə öldürülmüş şəhər sakinlərinin cəsədlərinin yanından keçdiyi Buça üzərində drondan çəkilmiş yeni video yayımlayıb.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, kadrlarda rus hərbçilərinin qəddarlığı əks edilir. Amerikalı jurnalistlər 12 və 13 mart tarixlərində Bucha üzərində drondan çəkilmiş bir video əldə ediblər. Telekanalın əməkdaşları bu dronun həmin günlərdə Buça üzərində çəkiliş apardığını yoxlayıb və fakt təsdiqlənib. Orada küçələrdə uzanmış geyimli insanların cəsədləri göstərilir ki, bu da şəhər Rusiya işğalından azad edildikdən sonra aprelin 1-3-də Ukrayna hərbçiləri və beynəlxalq jurnalistlər tərəfindən tapılan meyitlərlə eynilik təşkil edir. Hansı ki, iki gün ərzində Rusiya hərbi zirehli texnikası və hərbçiləri sadəcə olaraq bu cəsədlərin yanından keçiblər.
Bu, Buçada bu mülki şəxslərin öldürülməsinin şəhərin Rusiya işğalı altında olduğu bir vaxtda baş verdiyini təsdiqləyir və Rusiya hakimiyyətinin təxribat və səhnələşdirmə iddialarını təkzib edir.

Dünya mediası bu viseodakı təsvirlərdən yazılar dərc etməkdədir.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN