ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynadan sonra indi d' qanunvericilik səviyyəsində iki ölkə arasında güclü strateji tərəfdaşlıq quran “Gürcüstana Dəstək Aktı”nı təsdiqləyib.
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Gürcüstana Dəstək Aktı ABŞ-ın Gürcüstanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə, Avropa və Avro-Atlantik inteqrasiyasına güclü dəstəyini, Qeyri-qanuni həbslər və adam oğurluğu, insan haqlarını pozanlara qarşı sanksiyaların tətbiqi, həmçinin Gürcüstan vətəndaşlarının öz gələcəklərini, xarici və təhlükəsizlik siyasətlərini müəyyən etmək hüququnu vurğulayır. Ən maraqlısı budur ki, Qanun layihəsi Rusiyanın işğal etdiyi Abxaziya və Tsxinval regionlarında insan haqlarının pozulmasını qınayır, münaqişənin sülh yolu ilə həllini dəstəkləyir və Rusiyanı 2008-ci il 12 avqust tarixli atəşkəs haqqında razılaşmaya tam əməl etməyə çağırır.
Təbii ki, bu sənədin qəbulu bir daha Rusiyanın işğalçılıq siyasətinin təsdiqlənməsinə yönəlik bir addımdır. Rusiya isə bununla kifayətlənmədən Ukraynada işğalçı müharibəsini davam etdirir. Üstəlik, Rusiyanın bəzi politoloqları Orta Asiya respublikalarını da Ukrayna və Gürcüstanın taleyinin gözlədiyini açıq şəkildə yazırlar.
A.Məmmədli