“The New York Times” qəzeti Buçadakı Yablonskaya -144 ünvanında rus paraşütçülər tərəfindən səkkiz nəfərin edam edilməsinə dair sübutlar tapıb.

Tezadlar.az “The New York Times” qəzetinin rəsmi saytına istinadla bildirir ki, edam edilən bütün insanların adlarını və onların əksəriyyətinin niyə hədəfə alındığını da müəyyən edilib. Bunlar (yuxarı cərgədən sola) Anatoli Prixodko, Andrey Matviyçuk, Andrey Verbovoy, Denis Rudenko, Andrey Dvornikov, Svyatoslav Turovski, Valeri Kotenko və Vitali Karpenkodur. 144-cü evin qarşısındakı müşahidə kameralarının görüntüləri göstərir ki, rus paraşütçüləri bir qrup insanın edam edildiyi vaxtlarda Buçanı işğal ediblər. Onlar BMD-2, BMD-3 və BMD-4 dizaynları kimi, demək olar ki, yalnız Rusiya Hava-Dəniz Qüvvələri tərəfindən istifadə edilən nəqliyyat vasitələrini idarə ediblər. Rusların baza və səhra xəstəxanasına çevirdiyi Yablonskaya, 144, 4 mərtəbəli inzibati binanın daxilində və xaricində desantçılar ərazini patrul edir, ev-ev axtarışları aparır və orada işləyirlər. 
Dayanacaqda və binanın içərisində öldürülən kişilərin cəsədləri həyətə aparılıb və digər altı qurbanla birlikdə bir aya yaxın orada qalıb.
Xatırladaq ki, daha əvvəl Rusiya mediası "Meduza" 2022-ci il martın 23-dən 30-na kimi Buçada çəkilmiş pilotsuz təyyarədən şəhərin ruslar tərəfindən işğalı zamanı insanların həlak olduğunu sübut edən videonu dərc etmişdi.

A.Məmmədli

 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA