İkili standartlara qalib gələn Azərbaycanın gücü getdikcə artmaqdadır...  Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransındakı nitqində söylədiyi fikirlər bir daha dünya siyasətçilərinin, artıq dünya mediasının da müzakirə mövzusudur. Bu tezislər yaranmış şəraiti, ikili standartları, 44 günlük müharibədə qazanılan qələbənin miqyasını və gələcəkdə də daim güclü olmağımızın zəruriliyini bilməkdən ötrü əhəmiyyətlidir. Prezident dedi: "...Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət təkcə regional deyil, qlobal məsələdir. Çünki bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması halı idi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının bizim ərazimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Sual olunur ki, niyə bu qətnamələr icra edilmədi? Buna cavab verə bilən yoxdur və ya cavab vermək istəmir. Növbəti sual ondan ibarətdir ki, niyə BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün içərisində icra olunur, bizə gəldikdə onlar 28 il ərzində kağız üzərində qalır? Əgər cəsur azərbaycanlı hərbçilər torpaqlarımızı azad etməsə idi həmin qətnamələr yəqin ki, daha 28 il ərzində kağız üzərində qalacaqdı."
Bəli, Azərbaycan yeni reallıqların müəllifi kimi bölgədə söz sahibi olmaqdadır. Doğru siyasət, mükəmməl addımlar bunu reallışdırmaqdadır...
A.Məmmədli

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA