Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) rəhbəri Mirvari Qəhrəmanlı 2022-ci il üçün "İnsan Hüquqları və Biznes sahəsində Mükafat"ının qalibi olub. 
Bu barədə "Təzadlar"a M.Qəhrəmanlı özü məlumat verdi:
-Bildirim ki, "İnsan Hüquqları və Biznes sahəsində Mükafat" Fondunun təsis etdiyi bu mükafatın qalibi Birləşmiş Millətlər Təşkilatının sahibkarlıq fəaliyyəti və insan hüquqları məsələləri üzrə illik Forumu çərçivəsində 2023-cü il  noyabrın 29-da  elan edilib. Mükafat "insan hüquqlarının sahibkarlıq fəaliyyətinin mənfi təsirindən qorunması sahəsində böyük uğurlara malik" hüquq müdafiəçilərinə təqdim edilir. Rəhbəri olduğum Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı 1996-cı ildə bir qrup neftçi tərəfindən təsis edilib və əsasən Azərbaycanda neft-qaz hasilatı və emalı ilə məşğul olan şirkətlərinin insan hüquqlarına təsiri məsələləri ilə məşğul olur. 
Təşkilat neft-qaz sektorunda çalışanların hüquqlarını müdafiə edir və böyük neft-qaz layihələrinin ictimai monitorinqini aparır. . Bundan başqa, təşkilat neft-qaz gəlirlərinin bütün cəmiyyətin mənafeyi naminə şəffaf və ədalətli şəkildə xərclənməsi uörunda mübarizə aparır. "2022-ci il üçün mükafatı NHMT-yə - kiçik, amma neft sahəsinin üstünlük təşkil etdiyi ölkədə insan hüquqlarının müdafiəsi üçün böyük işlər görən çox hörmətli təşkilata təqdim etməkdən şadıq", -  Kristofor Eyveri (Christopher Avery) Fondunun direktorlar şurasının üzvləri Riqan Ralf (Regan Ralph) və Valeriya Skortsa (Valeria Scorza) bu gün yaydıqları bəyanatda bildiriblər. Şadam ki, çəkdiyimiz əziyyət yerdə qalmadı...
***
"Təzadlar"ın oxucuları adından Mirvari xanım Qəhrəmanlını təbrik edirik.
A.Məmmədli
Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 05 September 2023
By Elçin Məmmədli
IMAGE
QEYRƏTLİ, ŞANLI, ŞƏHİDİM
Wednesday, 27 September 2023
By Şakir Qurbanov

İDMAN