booked.netbooked.net booked.net  

Məşhur dünya ulduzlarının və qanun tərəfdarlarının iştirak etdiyi sənədin imzalanma mərasimi Ağ Evdə təntənəli şəkildə həyata keçirilib...

ABŞ prezidenti Co Bayden eynicinsli nikahların federal olaraq tanınmasını nəzərdə tutan “Evliliyə Hörmət Qanunu”nu imzalayıb.

Reuters qeyd edir ki, bu qanun ABŞ Ali Məhkəməsinin belə münasibətlər üçün hüquqi dəstəyi ləğv edə biləcəyi ilə bağlı narahatlıqlar fonunda imzalanıb.

"Evlilik sadə təklifdir. Kimi siz sevirsiz? Və sevdiyin insana sadiq qalacaqsınızmı? Bundan daha mürəkkəbi yoxdur. Qanun qəbul edir ki, hər kəs bu suallara özü cavab vermək hüququna malik olmalıdır", - deyə Bayden bildirib.

O, əlavə edib ki, "Bu gün yaxşı gündür"...

Qeyd edək ki, Bayden qanunu imzalamazdan əvvəl ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu qanunun insanlar arasında bərabərliyi gücləndirdiyini vurğulayıb..

***.

Qeyd edək ki, 2022-ci ildəki məlumata əsasən, eynicinsli cütlüklər arasında nigah qanuni olaraq 32 ölkədə (ümummilli və ya bəzi yurisdiksiyalarda) həyata keçirilir və tanınır. Ən sonuncular isə 10 mart 2022-ci ildə Çili, 1 iyul 2022-ci ildə İsveçrə və 8 iyul 2022-ci ildə Sloveniya olmuşdur. Övladlığa götürmə hüquqları tam olaraq əhatə olunmasada, eyni cinsli nigahlı dövlətlərin əksəriyyəti bu cütlüklərin birgə övladlığa götürməsinə icazə verir. Bunun əksinə olaraq, 34 ölkə (2021-ci il məlumatına görə) konstitusiyalarında eyni cinsdən olan cütlüklər arasında nigahın qarşısını alan qaydaları varki buda daha çox son illərdə qabaqlayıcı tədbir kimi qəbul edilmişdir.

Eynicinsli nigahların qanuni tanınmasının bəzi tərəfdarları, məsələn, Evlilik Bərabərliyi ABŞ (1998-ci ildə yaradılmışdır), Evlənmək Azadlığı (2003-cü ildə yaradılmışdır) və Bərabər Evlilik üçün Kanadalılar - uzun müddətdir evlilik bərabərliyi və bərabər evlilik ifadələrindən istifadə etmişlər. Məqsədlərinin eynicinsli nigahların əks cinslərin nigahları kimi bərabər hüquqlara malik olmasının istənməsidir.

Tarixçilər eynicinsli nikahları dəstəkləyən müasir hərəkatın başlanğıcını 1980-ci illərdən 1990-cı illərə qədər müxtəlif yollarla izləyirlər. Amerika Birləşmiş Ştatlarında eynicinslilərin evliliyi 1987-ci ildə Vaşinqtonda Lesbiyan və Gey Hüquqları üçün İkinci Milli Yürüşdən sonra gey hüquqları hərəkatının rəsmi tələbinə çevrildi.

1989-cu ildə Danimarka eyni cinsli cütlüklər üçün münasibətləri qanuni olaraq tanıyan, qeydiyyatdan keçmiş tərəfdaşlıqlar quran ilk ölkə oldu ki, bu da eyni cinsli münasibətlərdə olanlara "övladlığa götürmək və ya birgə qəyyumluq əldə etmək hüququnda başqa evli heteroseksualların malik olduğu bir çox hüquqları verir".2001-ci ildə kontinental Niderland nigah qanunlarını eyni cinsli cütlükləri də əhatə edən ilk ölkə oldu. O vaxtdan bəri, Amerika və Qərbi Avropanın əksəriyyəti də daxil olmaqla, 31 başqa ölkədə eynicinsli nigahlar qanunla müəyyən edilib. Lakin onun yayılması qeyri-bərabər olmuşdur. Afrikada Cənubi Afrika, Tayvan isə Asiyada bu addımı atmış yeganə ölkə sayılır. Hətta 2017-ci ildə Şotland kilsəsi eynicinsli nikahlara izn verdi…  

Xatırladaq ki, bu məsələni zaman-zaman xaricdəki havadarlarının köməyi ilə Azərbaycanda da gündəmə gətirilməyə çalışılır. Və bundan silah kimi istifadə etmək istənilir. Kimlərsə ələ alınır, əxlaqsızlıq cinsi azadlıq kimi təqdim olunmağa çalışılır, bəşəriyyətin gələcəyi birmənalı olaraq sual altına qoyulur.

Lakin hər şeyin kökündə ailə tərbiyəsi, təhsil müəssisələri dayanır. Və vaxtında düzgün təlim-tərbiyə görmüş gənclər kənar təsirlərdən və təbliğatlardan qorunur.

 

Y.MƏMMƏDLİ  

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN