booked.netbooked.net booked.net  

Ötən gün Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. Kollegiyanın qərarı ilə minifutbol üzrə yığma komandanın üzvləri  və o cümlədən,  Rzayev Mirmehdi İlham oğlu  “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adına layiq görülüb.

 Xatırladaq ki, ötən il iyunun 11-də minifutbol üzrə Azərbaycanın yığma komandası tarixində ilk dəfə Avropa çempionu adını qazanıb.

Yığmamız Slovakiyanın Koşitse şəhərində keçirilən çempionatın finalında qitə birinciliklərinin ən titullu komandasını - altıqat Avropa çempionu Rumıniyanı 1:0 hesabı ilə məğlub edərək qızıl medala sahib olub.

m

Azərbaycan millisi 24 komandanın yarışdığı Avropa çempionatında mübarizəyə B qrupunda başlayıb. Komandamız qrup mərhələsinin ilk oyununda Rumıniyaya uduzsa da (0:2), İspaniya (5:1) və Albaniyaya (1:0) qalib gələrək səkkizdəbir finala yüksəlib. Azərbaycan millisi səkkizdəbir finalda İsraili 3:0, dörddəbir finalda isə ev sahibi Slovakiyanı minimal hesabla məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda Qazaxıstan yığması üzərində əzmkar qələbə (3:2) qazanan futbolçularımız finalda oynamaq hüququ əldə ediblər.

İyunun 14-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib.

mirmehdi2

Qeyd edək ki, 15 nömrə altında meydana çıxan Mirmehdi Rzayev millimizi Avropa Çempionluğuna aparan çoxsaylı qolların müəlliflərindəndir.

Millimizin tarix yazan idmançıları ilə bağlı, hətta “Doqquzuncu an” filmi də lentə alınıb.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN