Azərbaycan və Latviya Respublikaları arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında iştirak etmək məqsədilə Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının həmsədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Riqaya səfər edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, səfər çərçivəsində Latviya rəsmiləri ilə keçirilən ikitərəfli görüşlər zamanı ticarət və investisiya, elm və təhsil, turizm, mədəniyyət, nəqliyyat, innovasiya, kənd təsərrüfatı və qida təhlükəsizliyi, energetika, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Eyni zamanda, görüşlərin nəticəsi olaraq Hökumətlərarası Komissiyanın 8-ci iclas Protokolu, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu və iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiqi üzrə ikiillik (2022-2023-cü illər) İş Proqramı imzalanıb.


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA