booked.netbooked.net booked.net  

Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatı (KTMT) Özbəkistanda vəziyyətin pisləşməsi ilə üzləşə bilər.

Bu barədə KTMT-nin nümayəndəsi Aleksandr Kuznetsov çərşənbə günü Soçidə informasiya təhlükəsizliyinə həsr olunmuş konfransda çıxış edərkən bildirib.

A.Kuznetsov hesab edir ki, Özbəkistan KTMT-nin məsuliyyət bölgəsinə daxil idi.

"Hələlik hadisələrin inkişafı proqnozlaşdırılır. Hər şey çox qeyri-sabitdir", - deyə A.Kuznetsov əlavə edib ki, çərşənbə axşamı prezident Putin prezident Mirziyoyevlə telefonla danışıb və Özbəkistan rəhbərliyinin Karakalpakstanda vəziyyəti sabitləşdirmək səylərinə dəstək ifadə edib.

A.Kuznetsovun sözlərinə görə, KTMT hesab edir ki, etirazlardan bir müddət sonra da Özbəkistanda vəziyyət pisləşə bilər.

"Həllik hər şey çox qeyri-sabitdir, fəsadlar gözlənilir... buna da reaksiya veriləcək", - deyə o bildirib.

Xatırladaq ki, Karakalpakiyada etirazlar iyulun 1-də Özbəkistan Konstitusiyasına regionun Özbəkistanın tərkibindən çıxmaq hüququnu ləğv edən düzəlişlərlə əlaqəda başlayıb.

Ən azı 18 nəfərin ölümünə səbəb olan etirazlar başladıqdan sonra prezident Şavkat Mirziyoyev Nukusa gəlib və Konstitusiyaya düzəliş etməməyi təklif edib.

Qeyd edək ki, regionda avqustun 2-nə qədər fövqəladə vəziyyət elan olunub.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN