İranla Ermənistan silah tədarükü ilə bağlı 500 milyonluq məxfi müqavilə bağladığı barədə məlumatlar yayılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Iran International” saytı yayıb. İddiaya görə, müqaviləyə İrandan Ermənistana “Shahed 136”, “Shahed 129”, “Shahed 197” və “Mohajer” pilotsuz uçuş aparatları, eləcə də “Khordad-3”, “Majid”, “Khordad-15” və “Arman” raket sistemlərinin tədarükü daxildir. Bundan başqa bildirilir ki, İran-Ermənistan hərbi əməkdaşlığı yalnız ölümsaçan dronların və raketlərin təminatından ibarət deyil. Belə ki, İran-Ermənistan hərbi əməkdaşlığına kəşfiyyat orqanlarının qarşılıqlı əməkdaşlığı, sıx hərbi təlim və məşqlərin, hətta Ermənistan ərazisində hərbi bazaların da yaradılmasının daxil olduğu bildirilir. Məsələyə münasibət bildirən Ermənistan Müdafiə Nazirliyi İranla Ermənistan arasında silah satışına dair məxfi müqavilə imzalanması barədə xəbərlərin həqiqəti əks etdirmədiyi qeyd olunub. Qurumun mətbuat katibi Aram Torosyan sözügedən informasiyanı uydurma adlandırıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN