Milyonlarla ukraynalı ölkənin enerji şəbəkəsinin dağılması səbəbindən “soyuq, qaranlıq qış”la üzləşəcək.

Tezadlar.az xəbər verir ki, bunu Britaniyanın “Financial Times” (FT) qəzeti yazır.

Müəllif xəbərdarlıq edib ki, "Rusiya raketləri ölkənin elektrik enerjisinin yarısını məhv etdikdən sonra milyonlarla ukraynalı soyuq və qaranlıq qışla üzləşəcək".

Bundan əvvəl "Ukrenerqo" şirkətinin rəhbəri Vladimir Kudritski və Almaniyanın KfW dövlət inkişaf bankının Ukraynadakı nümayəndəliyinin rəhbəri Lorenz Gessner ölkənin enerji sistemini qorumaq üçün Ukrayna şirkətinə 100 milyon avro qrant verilməsi haqqında saziş imzalayıblar.

Ukrayna Ali Radası yaxın illərdə ölkədə enerji çatışmazlığının davam edəcəyini açıqlayıb. Deputat Aleksey Kuçerenkonun sözlərinə görə, bunu ukraynalılara açıq şəkildə bildirmək lazımdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN