booked.netbooked.net booked.net  

İnsanların bir hissəsi Kiyevətrafı qəsəbələrə köçə bilər: uşaq evləri, qocalar evləri.

Bu açıqlamanı paytaxtın meri Kliçko Almaniyanın Bild qəzetinə müsahibəsində bildirib və qeyd edib ki, tammiqyaslı təxliyədən söhbət getmir.

"Biz insanların bir qismini Kiyevətrafı ərazilərə: uşaq evlərinə, qocalar evlərinə köçməsi mümkünlüyünü nəzərdən keçiririk. Bunu evakuasiya adlandırmaq olmaz, lakin əhalinin bəzi qruplarının müvəqqəti köçürülməsini nəzərdən keçiririk. Amma indi bu barədə söhbət getmir. Lakin bizim fərqli fəaliyyət ssenarilərimiz olmalıdır.

Kliçko şəhər sakinlərinin aşağı temperatur zamanı işıqların kəsilməsinin "ən pis ssenarisinə" hazırlaşmağa çağırıb.

Həmçinin Kiyevin meri Almaniyanı Ukraynaya humanitar yardım göstərməyə çağırıb: müdafiə üçün silahlardan əlavə generatorlar, isti paltarlar və digər zəruri əşyalar ötürmək.

Qeyd edək ki, Rusiya son günlər Kiyevə raket hücumlarını intensevləşdirib. Ötən gecə hücumlar nəticəsində 10 nəfər ölüb 35 nəfər yaralanıb. Şəhərin infrastrukturuna ziyan dəyib, elektrik təchizatı hədəflənib və nəticədə əhali işıqsız qalıb. İnsanlar sığınacaqlara göndərilir, elektriklə işləyən cihazlardan hələlik istifadə etməmək tövsiyə olunur.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN