booked.netbooked.net booked.net  

Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin bu gün telefonla Azərbaycanın Laçın dəhlizinin qarşısını alması və Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı fəaliyyətini müzakirə ediblər.

Tezadlar.az bildirir ki, bu barədə TASS Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir.

"Baş nazir Paşinyan Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni blokadası nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhrana toxunub və Rusiyanın bunun aradan qaldırılması üçün lazımi addımlar atmasının vacibliyini vurğulayıb. Bu kontekstdə Rusiyanın fəaliyyəti Dağlıq Qarabağda sülhməramlı missiyadan bəhs edilib”, - məlumatda deyilir.

Press-relizdə deyilir ki, həmsöhbətlər Ermənistan, Rusiya və Azərbaycan liderləri tərəfindən 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, 26 noyabr və 31 oktyabr 2022-ci il tarixlərində imzalanmış üçtərəfli sazişlərin icrasını müzakirə ediblər. Ermənistan-Rusiya əməkdaşlığının gündəliyində duran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

***

Xatırladaq ki, Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.

Məhz bu gün - 31 yanvar 2023-cü il tarixdə Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus dörd təminat-təchizat avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb. Həmçinin iki təminat və bir minik avtomobili də Laçına gedib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN