booked.netbooked.net booked.net  

Rusiya prezidenti Vladimir Putin Mariupola işgüzar səfər edib. Kremlin mətbuat xidmətinin bazar günü verdiyi məlumata görə, dövlət başçısı şəhərin bir sıra obyektlərinə baxış keçirib, həmçinin yerli sakinlərlə söhbət edib.

Tezadlar.az xəbər verir ki, Putin Mariupola helikopterlə uçub. O, helikopteri özü üdarə edərək, dayanacaqlar edib və şəhərin bir neçə rayonunu gəzib.

Səfər zamanı Baş nazirin müavini Marat Xüsnullin şəhərdə və onun ətrafında aparılan tikinti-bərpa işlərinin gedişi barədə dövlət başçısına ətraflı məlumat verib. “O cümlədən, söhbət yeni yaşayış mikrorayonlarının, sosial və təhsil obyektlərinin, mənzil-kommunal infrastrukturunun, tibb müəssisələrinin tikintisindən gedirdi”, - deyə mətbuat xidmətindən bildirilib.

Nevski mikrorayonunda prezident şəhər sakinləri ilə söhbət edib. Ailələrdən birinin dəvəti ilə Putin onların evinə gedib.

"Dövlət başçısı Mariupolun yaxta klubunun ərazisindəki sahil zolağı, teatr binası, şəhərin yaddaqalan yerləri ilə də tanış olub", - mətbuat xidməti əlavə edib.

Bu, Rusiya Federasiyası prezidentinin Donbasa ilk səfəridir.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN